“NAZİRLİYİ MƏKTƏB YOX, RESTORAN MARAQLANDIRIR…” – Liseyinə lisenziya verilməyən ekspertdən Təhsil Nazirliyinə ittihamlar

Dərc olunub: 14/02/2019 - 12:50

1490964644_kamran-esedov1497878524“2016-cı ildə bir iş adamının vəsaiti ilə ölkədə yeni, modern bir lisey layihəmin həyata keçirilməsinə başladım. Təhsil layihəmin maliyələşdirilməsi üçün çox qapı döymüşdüm. Heç kim yaxın durmurdu, vəsait ayırmırdı. Sonra restoran açmaq istəyən birini fikrindən daşındırıb bu sahəyə yönəldə bildim. Başlanmış iş 2018-ci ildə bitdi”.

“AzPolitika.info”nun məlumatına görə, tanınmış təhsil eksperti Kamran Əsədov həyata keçirməkdə olduğu lisey layihəsinə Təhsil Nazirliyindən lisenziya alınması zamanı üzləşdiyi çətinliklərə həsr etdiyi “Facebook” yazısında bunları yazıb. Ekspert deyir ki, 2 il ərzində lisey üçün bina, infrastruktur tam şəkildə Nazirlər Kabinetinin məktəblərin tikintisi ilə bağlı 171 saylı qərarının bütün tələblərinə uyğun olaraq hazırlanıb. Bundan sonra liseya lisenziya almaq məsələsi gündəmə gəlib.

kamran

“Ardınca lisenziya almaq prosesinə başladım. Amma eləcə başladım. Çünki liseyin nizamnaməsinə rəy vermək üçün müraciət etdiyim Təhsil Nazirliyi nizamnaməyə rəy vermir. Özü də nə az, nə çox, 5 aydır ki, get-gələ salır və hər müraciətə də əsassız imtina yazır. Maraqlısı və gülünc tərəfi odur ki, onlara təqdim etdiyim nizamnamə mənim müraciətimdən 10 gün əvvəl lisenziya verilmiş liseyin nizamnaməsidir. Yəni sadəcə olaraq orda liseyin və təsisçinin adı dəyişib. Necə olur, onlar həmən nizamnaməni təqdim edəndə təstiq edirlər, amma eyni, onların 10 gün əvvəl təstiq etdiyi nizamnaməni mən təqdim edəndə imtina edirlər?”

K.Əsədov iddia edir ki, Təhsil Nazirliyi süründürməçiliklə məşğuldur: “Hər müraciətə 30 iş günündə, yəni azı 45 gün ərzində baxırlar. Sonuncu rəylərində 3 bəndin dəyişdirilməsini bildiriblər. Məndə o 3 qeydi dəyişib yenidən müraciət etmişəm. Yeni müraciətin üstündən 10 gün keçib, maraqlanıram, deyirlər ki, sizin müraciətinizin icra müddəti 27 martda başa çatır. Axı mən yeni sənəd təqdim etməmişəm, eyni nizamnamədir və siz ona əvvəl 45 günə baxmısız, indi həmən 3 dəyişikliyə baxın, rəyi verin gedək işimizlə məşğul olaq! Yoxsa bu şəxsi qərəz nədir? Liseylə bağlı nazirliyin bir çox rəhbər şəxsləri ilə görüşmüşəm, danışmışam. Amma gördüyüm odur ki, onlar məsələyə şəxsi zəmində baxırlar, onlar təhsilin inkişafında, məktəb açılmasında maraqlı deyillər.
21 iyun 2018-ci ildə elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Baş nazirin müavini Əli Əhmədov dedi: “Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar”. Hörmətli Əli müəllim, mən ölkəyə sərmayə cəlb edib sizin dediyinizi etmişəm, amma indi məmurların təsiri, müdaxiləsi ilə bunu tamamlaya bilmirəm”.

ceyhun_bayramov-azeuro-1

“Açılan hər bir məktəb, hər bir lisey təhsilin inkişafı üçün əhəmiyyətlidir. Amma belə başa düşürəm ki, Təhsil Nazirliyi məktəbin yox, restoranın açılmasında maraqlıdır. Yoxsa hətta nazirliyin rəhbərliyi səviyyəsində bilinən məsələm 5 aydır süni şəkildə uzaldılmazdı”, – K.Əsədov əlavə edib.

V.Nəsibov
AzPolitika.info










loading...


Fikrinizi bildirin