DYP TƏLƏBƏYƏ "AVTOBUS SÜRÜCÜSÜ" ADI İLƏ 5 CƏRİMƏ YAZDI - Azərbaycanda heyrətamiz olay + FOTO

Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsi tələbəyə cərimə yazıb.

Bu barədə Avropa.info-ya barəsində protokol tərtib edilən Zərdab rayonunun İsaqbağı kənd sakini Eminov Nurəddin Bəhlul oğlu bildirib.

N.Eminov deyib ki, 2019-cu ilin fevralın 4-də onun yaşadığı ünvana, yəni Zərdab rayonu İsaqbağı kəndinə Bakı şəhər Binəqədi rayon Polis idarəsinin DYP şöbəsindən 5 ədəd məktub daxil olub. Həmin məktublarda bildirilir ki, o, sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozub və cərimələri ödəməlidir.

“Mən hal-hazırda Bakı şəhərində təhsil alıram, tələbəyəm və heç əmək fəaliyyəti ilə məşğul deyiləm”, deyə o bildirib.

DYP-nin göndərdiyi protokolda qeyd edilir ki, N.Eminov onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, nəqliyyat vasitələrini idarə etmək hüququnu 6 aydan 1 ilədək məhdudlaşdırılması üçün məhkəmə orqanı qarşısında vəsatət veriləcək.

DYP həmin sənədləri baxılması üçün məhkəməyə də göndərib.

Nurəddin Eminov pozulan hüquqlarının bərpa olunmasını xahiş edir.

Maraqlısı budur ki, sürücü olmayan və avtobus idarə etməyən bu tələbənin sürücülük hüququndan məhrum edilməsinə hansı əsaslarla qərar veiləcək?

Ən qəribəsi isə odur ki, DYP “sürücü”nün hansı qaydaları “pozduğunu” və nəqliyyat vasitəsinin dövlət nömrə nişanını göstərməyib.

635x100

Şərhlər

Ilgar 2019-02-14 16:14:02

.... ozbawinaliq, darabaylik, korrupsiya va ruwvatxorluq tugyan edir....

Oxucu 2019-02-14 16:14:02

Sadəcə maraqlıdır ki,niyə DYP bir gündə 5 protokol tərtib edib.Orada avtobus idarə etməkdən söhbət getmir.Həmin vətəndaş İXM-nin 332.1 və ya 332.2 maddələri ilə cərimə oluna bilər.

Oxucu 2019-02-14 16:14:02

Bu protokolların harasında qeyd olunub ki,o,avtobus idarə edərkən qayda pozub.

Efiop 2019-02-14 16:14:02

... hec bir kadri ruwvetle iwe goturmurler.

Qoca Molla 2019-02-14 16:14:02

Yenə düzülüblər yollara dilənçi kimi... Bir ara yoxa çıxmışdılar yenə peyda olublar

t.ədalət 2019-02-14 16:14:02

Kadrlar rüşvətlə işə götürüləndə belə olur.

Mehdi. 2019-02-14 16:14:02

Olkede butun isler bax bu gundedir.Atin qabaqina et qoyulur,itin qabaqina ot.QAI bu gunde,sehiyye bu gunde ve hamsi bu gunde.Duzelesi deki hec ne yoxdu.

Abdulqadir 2019-02-14 16:14:02

Meze shiqildatmaq isteyif dayna.,,Mozalan,,üchün senariyo yazermish.

Son yazılar