Pekində ABŞ-ÇXR ticarət danışıqlarının yeni raundu başlanıb 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pekində Amerika Birləşmiş Ştatları (ABŞ) - Çin Xalq Respublikası (ÇXR) arasında ticarət danışıqlarının yeni raundu start götürüb. Bu barədə «Sinxua» agentliyi xəbər verib.

Vaşinqtonu rəsmi nümayəndə heyətnin üzvü olan ABŞ maliyyə nazirinin sözlərinə görə, Birləşmiş Ştatlar və Çin arasında dialoq hələlik uğunrla keçir.

Dekabrın əvvəlində dövlət başçıları ölkələr arasında ticarət sazişi istiqamətində hərəkətə keçmək barədə razılığa gəliblər. Donald Trmp Çin məhsullarına tariflərin 10 faizdən 25 faizə qaldırılmamasına razılıq verib. Tərəflər martın əvvəlinə qədər konsensusa gəlmək öhdəliyi götürüblər.

İndiki danışıqlar cümə günü başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar