Polşada ABŞ hərbçilərinin sayı artırıla bilər - Fəal diskusiyalar aparılır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, polkovnik Con Dauni Varşavaya gəlmiş vitse-prezident Mayk Pensə bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Polşada hərbi iştirakını aptırmaq istiqamətində fəal diskusiyalar aparır.

Dauninin sözlərinə görə, şərq cinahında Polşa ABŞ-n başlıca müttəfiqidir, ancaq əlavə kontingent barədə danışıqlar hələlik çox ehtiyatla aparılır.

Hal-hazırda Polşada 4,5 min ABŞ hərbçisi yerləşib, onların bir hissəsi NATO-nun çoxmillətli batalyon qrupuna daxildir.

Varşavanın ABŞ raket simtemi (HİMARS) alması barədə sazişin imzalanma mərasimində Pens ABŞ hərbçilərinə təşəkkür edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Polşa ABŞ-dan 414 milyon dollarlıq 20 ədəd raket-atıcı qurğusu, onlar üçün döyüş sursatı və logistika paketi alacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar