Putin «qanuni oğruları içəri salmağı» təklif edib – Hətta statuslarına görə…

Dərc olunub: 14/02/2019 - 22:11

putin«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Prezident Vladimir Putin baxılmaq üçün Dövlət Dumasına yeni qanun layihəsi göndərib. Sənədə görə, «cinayətkar ierarxiyada yüksək mövqe tutulan» şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutulur.

Qanun layihəsinin mətninə uyğun olaraq, Rüsiya Federasiyasının Cinayət Məcəlləsinin (RF CM) yeni – 210.1 «Cinayətkar ierarxiyada yüksək mövqe tutmaq» adlı yeni maddə ilə dolğunlaşdırılması təlif edilir.

Maddəyə uyğun olaraq, belə mövqeyə görə, «8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə və 5 milyon dollar cərimə və ya məhkumən əmək haqqı və ya digər gəlirli həcmində cərimə nəzərdə tutulur…».

Qanuna izahedici əlavədə Putin izah edib ki, bu cəza ona görə lazımdır ki, kriminal avtoritetlər daha «öz mövqeləri sayəsində məsuliyyətdən qaça bilməsinlər».






loading...


Fikrinizi bildirin