Malayziya təyyarəsini vurunlardan biri tutuldu

Ukraynanın Donetsk vilayətinin Artyomovsk şəhərində Ukrayna antiterror qüvvələri rusiya meylli separatçıların liderlərindən biri Semyon Xodakovskini saxlayıb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.

“Semyon Xodakovski şəhər şurasına hücumda və onun zəbt edilməsində iştirak edib. Saxlanılarkən yaralanıb. Hazırda terrorçu ifadə verir. Müəyyən olunub ki, “Donetsk Xalq Respublikası”nın quldur dəstələrindən birinin lideri olub, xarici legionda uzun müddət xidmət edib və böyük hərbi təcrübəyə malikdir”, - deyə Lısenko bildirib.

Xodakovski "Boeing 777" təyyarəsinin vurulmasında adı hallanan şəxslərdən biridir. Xodakovski müsahibələrinin birində üsyançıların arsenalında həqiqətən "Buk" kompleksinin olduğunu etiraf etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar