Ərdoğandan Avropa və ərəb ölkələrinə etiraz - "Çox danışırlar, amma..."

“Türkiyə təəssüf edir ki, Avropa İttifaqı (Aİ) suriyalı qaçqınların yerləşdiyi ölkələrə söz verdiyi maddi yardımı etmədi”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə olduqca böyük axında miqrant qəbul etdi. Avropa İttifaqı (Aİ) söz verdiyi 6 milyardlıq yardımdan hələ ki, 1,75 milyardını göndərib. Biz isə bu yöndə 35 milyard dollara yaxın vəsait xərcləmişik. Qərbdə və körfəz ölkələrində qaçqınlar haqqında çox danışılır. Lakin konkret fəaliyyətə gəldikdə hər hansı addım görmürük”, – deyə dövlət başçısı bildirib/Axar.az.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar