Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı

Türkiyənin Adana şəhərində daha bir PKK terrorunun qarşısı alınıb.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 24 nəfər şübhəli qismində saxlanılıb. Həbs edilənlərin terror hazırlığında olduğu bildirilir.

Mersin və Konyada isə sosial şəbəkələrdə PKK terror təşkilatını təbliğ və terrorçu fəaliyyət üçün açıq çağırışlar etdiklərinə görə 14 nəfər həbs olunub.

Bundan başqa, Şırnakın Cudi dağı bölgəsində PKK terror təşkilatına məxsus geniş düşərgə aşkarlanıb. Ələ keçirilən mağaralarda çoxlu sayda silah, sursat və ləvazimat tapılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar