İspaniyanın məşhur klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

İspaniyanın "Atletiko"(Madrid) klubu baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2022-ci ilə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Argentinalı məşqçinin müqaviləsi 2020-ci ilin iyun ayına kimi mövcud idi.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İspaniya çempionu, İspaniya Super Kuboku, iki dəfə Avropa Liqasını, iki dəfə isə UEFA Super Kubokunun qalibi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar