ÇEÇENLƏR "NEOLİT"Ə SİLAHLI BASQIN ETDİ - 10 nəfər yaralanıb +VİDEO
Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə ötən gün fevralın 14-də onlarla çeçenin basqın etməsinə dair yeni təfərrüatlar üzə çıxıb. Virtualaz.org xəbər verir ki, basqın edənlər azərbaycanlıları təhqir etdiyi üçün bərk döyülən Əlixan adlı çeçenin qisasını alıblar.
Belə ki, hadisədən əvvəl Əlixan hansısa azərbaycanlını nəzərdə tutaraq ona söyüşlər yağdırması, daha sonra bütün Azərbaycanı və azərbaycanlıları söyməsi barədə səs yazısını internetdə yayıb. Bu səs yazısına görə azərbaycanlılar onu taparaq bərk döyüblər və görüntülərini sosial şəbəkələrdə ("Vkontakte") yayıblar. Həmin görüntülərdə üz-gözü qan içində olan çeçen azərbaycanlılardan üzr istəyir, kadr arxasındakı şəxs ona “daha bərkdən danışmağı” əmr edir. “Mən azərbaycanlıları təhqir edən həmin Əlixanam. Allah xatirinə məni bağışlayın”-bu şəxs bildirir.
Lakin təhqirə görə başlayan münaqişədə çeçenlərin qisası daha amansız olub və xəbər verildiyi kimi onlar dəstə halında “Neolit” kafesinə basqın edərək kafenin sahibi Yaşar Əliyev də daxil olmaqla ona yaxın adamı şil-küt ediblər. Basqın zamanı travmatik silahlardan və bıçaqlardan istifadə olunub. Yaralılardan birinin öldüyü bildirilir, lakin ölən şəxsin çeçen, yoxsa azərbaycanlı olduğu məlum deyil. Moskvada azərbaycanlılarla çeçenlər arasında milli zəmində baş vermiş bu münaqişə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
***
Şahidlər deyiblər ki, kafeyə basqın həmin münaqişənin nəticəsidir. Azərbaycanı təhqir edən çeçen də həmin dəstədə olub.
Xatırladaq ki, basqın travmatik silahlardan çoxsaylı atəşlərlə müşaiyət olunub, lakin odlu silahın tətbiq edilməsi haqda məlumat yoxdur
***
İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.
Hadisə zamanı restoranda Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn Çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib.
Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Canilər gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.
"Kafedəki silahlı insidentdən sonra, rayon içində də atışma oldu. Azərbaycanlılar onları maşınlarla təqib edərək atəş açırdılar", - deyən hadisə şahidi Nəsimi Məmmədəliyev "Neolit" kafesinin dağıdıldığını və azərbaycanlıların əmlaklarına ciddi ziyan dəydiyini bildirib.
Şahidlərin məlumatına görə, restoran sahibi Yaşar Əliyev də kürəyindən yaralanıb. Yerli sakinlər təqribən 50 atəş səsi eşidiblər.
Daha sonra Moskvada yol kənarından hadisəni törədən şəxslərin minərək oradan uzaqlaşdığı iki avtomobil aşkar edilib. Avtomobillərdən biri taksi olub. Maşınlar təxliyyə edilib.
Başqa bir hadisə iştirakçısı insidentin çoxdankı münaqişənin davamı olduğunu deyib:
"Bu çoxdankı söhbətdir, münaqişənin davamıdır. Hücum edənlərin məqsədi restoranın sahibi Yaşar Əliyev olub. Heç kim nə baş verəcəyini bilmirdi".
* * *
Rusiyada Moskvanın Peçatniki rayonun Kuryanova ev 28 ünvanında, Azərbaycanlılara məxsus "Nealit" kafesində fevralın 14 saat 23:00 radələrində silahlı atışma baş verib.
“Report”un Rusiya bürosnun məlumatına görə, avtomat və tapança ilə silahlanmış 40-50 nəfərdən ibarət bir qpup çeçen "Nealit" kafesinə hücüm ediblər.
Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı sahibi Yaşar Əliyevin maşını da ciddi xəsarət alıb. Hadisə yerində hazırda hüquq mühavizə orqanlarının əməkdaşları çalışır. İnsidentdə iştirak edən 10 nəfərdən çox şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Hadisəyə səbəb Azərbyacan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq Azərbaycan xalqından üzr istədilməsidir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.