BAŞ DİREKTOR "MKT-UCAR"ın BAĞLANACAĞINI ELAN EDİB - Kollektiv prezidentdən kömək istəyir

«MKT-Ucar» adlı müəssisənin bağlanması xəbərinə 200 nəfərlik kollektivin etiraz dolu müraciəti «AzPolitika.info»-nun poçtuna daxil olub. Müraciətdə deyilir ki, müəssisənin fəaliyyətinin dayandırılması ortalama, hər biri 5 nəfərdən ibarət 200 ailənin (cəmi 1000 nəfərin) çörəksiz qoyulması demək olacaq.

Aərbaycan Respublikasının Przidenti cənab İlham Əliyevə ünvanlanmış həmin müraciətdə deyilir:

«Müəssisənin 01 mart 2019-cu il tarixində fəaliyyətini dayandıracağı barədə xəbəri «qara xəbər» kimi qəbul etdik - elə bil, hüzürmüz düşdü! Hazırda müəssisənin 200 işçisi çıxılmaz vəziyyətə düşüb.

«MKT-Ucar» filialı (keçmiş Ucar pambıqtəmizləmə zavodu) 1922-ci ildə yaradılıb, 1926-cı ildə fəaliyyətə başlayıb və sövetlər dönəminin ən məşhur müəssmsələrindən biri olub. Müəssisə 2016-ı ildə «MKT-Ucar» filialı adlandırılıb. Burada 200 nəfər işçi çalışır, onarın hər birinin evində 5-6 nəfər ailə üzvü var və ailənin yeganə gəliri bu zavoddan aldığı məvacibdən ibarətdir.

25 yanvar 2019-cu il tarixində kollektiv üzvlərinə «MKT İstehsalar-Komersiya MMS-nin» baş direktoru Rövşən Həsənovun imzası ilə xəbərdarlq məktubu göndərilib. Məktubda deyilir: «Nəzərinizə çatdırmaq istəyirik ki, 07.01.2019-cu il tarixində sizinlə bağlanmış müqaviənin müddəti uzadılmışdı. Qanunvericiliyə uyğun olaraq, sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 31.01.2019-cu il tarixində xitam veriləcək. Bununla əlaqədar olaraq, hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabınıza köçürüləcək. Xahiş edirik, əmək kitabçanızı təhvil almaq üçün həmin tarixdə filialın kadrlar şöbəsinə müraciət edəsiniz».

İndi çıxılmaz vəziyyətə düşmüşük. Ümidimiz bir Allaha, Prehident İlham Əliyvə və Mehriğan xanım Əliyevayadır. Diqqətçəkəndir ki, zavodun fəaliyyətinin dayandırılmasına heç bir tutarlı əsas yoxdur.

Prezidentin xüsusi göstərişi ilə ölkədə pambıqçılığın inkişaf etdirildiyi bir vaxtda fəaliyyətinə ehtiyac olan böyük bir zavodun qəfil bağlanması xeyli təəccüblüdür və mahiyyət etibarilə, 200 nəfərin çörəksiz qoyulmasıdır. Nəzərə alsaq ki, onların hər ğirinin 5 nəfər ailə üzvü var, o zaman məssisənin qapaılması 1000 nəfər vətəndaşın aclığa məhkum edilməsi demək olacaq...

Buna baxmayaraq, biz ümilimizi üzməmişik, çünki İlham Əliyev kimi qayğıkeş prezidentimiz var. Biz, Prezident İlham Əliyevdən çox-çox xahiş edirik ki, işlədiyimmiz müəssisənin fəaliyyətinin dayandırılmasına imkan verməsin.

Cənab Prezident, ümidimiz təkcə sizədir - Azərbaycanın 1000 nəfər vətəndaşı sizin qərarınızı gözləyir. İnanırıq ki, bizim bu müraciətimizə diqqət yetirəcəksmniz..."

"MKT- Ucar" filialının əməkdaşları:

Abdulhəmidov Ramiz Xəlil oğlu, əlaqə telefonu; ((050) 506-08-84

Xəlilov İkram Abduləli oğlu, (051) 844-83-97

Həsənov İlqar Ziyad oğlu, (050) 493-86-28

Həsənov Elçin Rüstəm oğlu, (055) 468-44-24

Mehdiyev Nadir Camaləddin oğlu, (050) 721-39-41

Ağalarov Ağadadş Andrey oğlu, (050) 551-59-02

Xeyxatı İsmayıl İbrahim oğlu

Baxışıov Famil Baxış oğlu

Yolçuyeva Sevda İsa qızı, (051) 616-71-86

Məmmədova Ədilə Qasım qızı

Əliyeva Rəna Fazil qızı, (050) 473-79-67

Abdullayeva Hicayət Ağasəf qızı, (055) 657-76-30

Ağalarov Andrey Ağalar oğlu, (050) 678-85-77

Həsənov Cəfər İlqar oğlu

Hacıyev Möhlüd Muxtar oğlu

Ağalarov Ağalar Andrey oğlu və digərləri.

"AzPolitika.info"

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar