“ANS-in YERİ GÖRÜNÜR, YAYIMA TAM HAZIRIQ...” - Vahid Mustafayev

Bir müddət əvvəl fəaliyyəti qadağan edilən APA-nın başqa bir adla yenidən qayıdışı ANS telekanalı ilə bağlı da məsələni gündəmə gətirib.

Belə ki, son zamanlar hakimiyyətin daxili siyasətdə yumşalma meyillərini şərh edən ekspertlər istər media, istərsə də insan hüquqlarına münasibətin dəyişəcəyini proqnozlaşdırır. Artıq bir sıra ictimai xadimlər sosial şəbəkələrdə hakimiyyətin ANS-in fəaliyyətinə qoyduğu qadağanı götürəcəyinə dair ümidlərini ifadə edir.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Gununsesi.org-a açıqlamasında bildirib ki, telekanalın bərpası məsələsi hər zaman gündəmdə olub: “Biz bu zərurəti hər zaman hiss edirik. Dəfələrlə bəyan etmişik ki, biz bu Dövlətin, Xalqın əsgərləriyik. Vətən nə zaman çağırsa, xidmətə hazırıq! 2 ildən çoxdur, ANS fəaliyyət göstərmir və bunun ümumi ölkə mediasına, dünyada gedən informasiya müharibəsində Azərbaycanın xəttinə, o cümlədən günü-gündən inkişaf edən sosial şəbəkələrdə gedən savaşlarda, Qarabağ probleminin həllində, vaxtilə ANS-in nəzarətində olan vacib və strateji mövqelərinə ciddi və mənfi təsiri göz qabağındadır. Nə baş verir? Hər bir inkişaf etmiş cəmiyyətdə problemlər mövcuddur və onların media vasitəsilə işıqlandırılması zəruridir. Bu işığın qarşısını almaq mümkün deyil və mən heç inanmıram ki, kimsə tam zülmətdə yaşamaq istəyir… Düstur çox bəsitdir – pəncərələri bağlayaraq, təbii gün işığının qarşısını alanda millət elektrik və ya elektron işıqlardan istifadə edəcək və bu işıq süni olduğundan müxtəlif çalarları, spektral tərkibi, intensivliyi və gündəlik dinamikası ilə gözlənilməyən yan effektləri yaradacaq”.

“ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib: “Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansiyalara qədər getmişik. Bu gün isə qərar vermək bizim səlahiyyətimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. Dünyanın 8 ölkəsində və Azərbaycanın regionlarında 12 büromuz fəaliyyət göstərir – komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: “ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür. Biz sovet imperiyasının zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var – bu tarix Azərbaycanın tarixidir, onu danmaq – 250 milyonluq SSRİ-də yalnız Azərbaycanlıların ilk müstəqil TV yaratması uğurundan imtina etmək deməkdir! Bəs onda ANS niyə bağlandı? Bəlkə kimlərsə mənim dünya ictimayyətinin nüfuzlu şəxsləri və beynəlxalq media rəhbərləri ilə olan əlaqələrimi bilərək, məndən Azərbaycan əleyhinə hərəkətlər edəcəyimi gözləyirdilər? Bəziləri məni buna hətta israrla vadar etmək istəyirdilər. Lakin mən bu Vətənin oğlu kimi yalnız ölkədaxili məhkəmələrə müraciət edərək bizə qarşı sürülən, ən yumşaq dillə desək, qəribə ittihamlarla bağlı mübarizə apardım. Hətta bütün mövcud instansiyalarda tam uduzsam belə, mən müdafiə üçün beynəlxalq ictimaiyyətə və xarici dostlarıma müraciət etmədim. Heç kimə imkan vermədim ki, ANS-dən istifadə edib mənim ölkəmə təzyiq etsin. Mən və ailəm Azərbaycanımızın müstəqilliyi və ərazilərimizin bütövlüyü uğrunda ona görə döyüşməmişik ki, Vətəni əcnəbilərin ayağına verək! Biz bu gün də inanırıq ki, ANS məsələsi Azərbaycanın daxilində həll olunacaq və ümid edirik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gözlənilən qərarı verəcək. ANS-in Vətənpərvər verilişləri ilə nəsillər böyüyüb. Vaxtilə ANS-dən savaş xəbərləri, Azərbaycanlıların şücaətindən məlumat alan balaca tamaşaçılarımız bu gün artıq vəzifə başındadırlar, ölkəmizin hörmətli vətəndaşlarıdır, bu gün ANS vasitəsilə cəbhədən valideynlərinə və bütün xalqımıza salam yollayıb döyüşə gedib Vətən uğrunda Şəhid olanlar öz nurlu məzarlarındadır – biz onları sata bilmərik! ANS Azərbaycana məxsusdur və ona lazımdır. Bunun zərurətini bu gün hamımız görürük”.

635x100

Şərhlər

O.B.N 2019-02-15 14:02:59

Cəmiyyətdə hansısa qəzetin,mətbuat agentliyin,Tv-in bağlanması yaxşı əlamət deyil,nə vədər azad,nə qədər cox olsa oxucu öz seçimini edər.ANS (AYX) SSRİ-də ilk müstəqil tv olub,arxivində cox dəyərli materialları var,sadəcə onu kənardan korrubsanerlər,daxildən isə Mirşahinlər məhv etdi.(AYX)ANS o vaxt ölkəni talan edən məmurların əl-ayağına dolaşırdı,bu gün işdən çıxarılan o məmurlar haqda kifayət qədər faktlar var idi.ANS-dən başqa heç bir tv onları ifşa etməyib. ANS-in bərpasının xalqa heç bir ziyanı yodur.

Türkoğlu 2019-02-15 14:02:59

ANS-in necə televiziya olduğu Azərbaycan xalqına yaxşı bəllidir.ANS lazım gəlsə Azərbaycana düşmən dövlətləri belə təbliğ etməyə qadir idi.Orada işləyənləri qiymətini rəhmətlik Cəlal Əliyev vermişdi.Lazımsız daha bir televiziya açmağa ehtiyac qətiyyən yoxdur.Əhalinin 80 faizi şit,lazımsız Azərbaycan kanallarına onsuz da baxmır.Azərbaycan kanallarına baxanda insanları əsəb xəstəliyi tutur.

cavabsız suallar 2019-02-15 14:02:59

ANS bağlandı,yerini kim tuta bildi?!Cəmiyyətə,.....faydası nə oldu?ANS-in bağlanması nəyə hesablanmışdı,nəticəsi nə oldu?!

TARİX 2019-02-15 14:02:59

ANS KİMLƏRİNSƏ ƏLİNDƏ DƏYƏNƏK İDİ.BİR COX HALLARDA AĞI QARA,QARANI AĞ GÖSTƏRİRDİ.BELƏ TELEVİZİYALARA ÜMUMİYYƏTLƏ EHTİYAC YOXDUR.VƏTƏNİMİZİN QƏHRƏMAN OĞLU C.MUSTAFAYEVİN ZƏHMƏTİNİ QARDAŞI VAİD YERƏ VURDU.

miri 2019-02-15 14:02:59

ANS müstəqillik tariximizin yazılmasında istisna xidməti olan mətbuat orqanı olub. Son illər Mirşahinin yersiz danışıqları və TV nin siyasi xəttində konyuktura meyillərini nəzərə almasaq ANSi kifayət qədər müstəqil teleməkan hesab etmək olar. Mirsahinsiz ANSə uğurlu yol!

t.ədalət 2019-02-15 14:02:59

ANS fetoçuluğun tərəfəndə dayandığına görə bağlanıb.Güman ki Prezident bağladığını heç vaxt açmaz.Həm də bu qədər gərəksiz TV-lərin içinbdə ANS-nə ehtiyac?Eyni tütək,eyni ifaçılar..

Alış 2019-02-15 14:02:59

Bu yenə sarsaqlamaga başladı.Neçə yəni "8 ay böyükdür"? ANS-in 101 yaşı var?ANS-in də heb bir yerdə yeri görünmür.Boş sözdür.Bu anlaya bilmir ki, ANS-çilərin bu qədər nifrətini qazanandan sonra heç bir agıllı hakimiyyət ANS-ə etibar etməz.ANS-in evini Mirşahin yıxdı, sonra da ANS-dəkindən də yüksək mövqe qazandı.ANS-in mövqeyi hec vaxt bilinmirdi və sanki 9 qapıya oynayırdı.Xülasə naxışın gətirmədi Vahid BədNaxış.ANS adını dəyişsən bəlkə nəyəsə ümid edə bilərsən.Yoxsa elə hey zarıya-zarıya qalacaqsan.

Rashad Haciyev 2019-02-15 14:02:59

heyatinda yegane qazandigin ANS idi onuda itirdin .

X 2019-02-15 14:02:59

ANS İN YERİ GÖRUNUR ALLAH CİNGİZ MUSTAFAYEVE QENİ QENİ REHMET ELESİN NELER DUSMUR YADİMA FACİELER FACİELER....

Son yazılar