Əmək pensiyalarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Milli Məclis “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsini müzakirəyə çıxarır.

“Report” xəbər verir ki, dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.

Qanun layihəsi parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Vətəndaş 2019-02-15 14:19:56

Hötmətlı millət vəkilləri ozəl sektorda işləyənlərin gəlir vetgisi 14 faiz ləğv edilmışdir.Bu çox yaxşıdir.Bəs dovlət sektorunda çalışanların sosial bərabərlıyi də gözlənilməlıdir.ona gorə də onlarin gəlir vergisi azadılmalı.5 faizə endirilməlıdir.əvəzində siğorta faizi 3 faizdən 5 faizə qaldirilmalıdir.idarələrin 22 faizi 20 faizə endirilsə yaxşı olar

Son yazılar