«BU CÜR ALİMİN HƏBSDƏ SAXLANILMASI BİZƏ HÖRMƏT GƏTİRMİR» - İlyas İsmayılov Əli İnsanovun müdafiəsinə qalxdı

“Tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları, hökmdarlar həmişə hörmətlə yad edilib. Mən çox ümid edirəm ki, prezident İlham Əlyev bu təcrübədən çıxış edərək, növbəti əfv sərəncamı imzalayarkən,  görkəmli alim Əli İnsanovun da adını azad ediləcək şəxslərin siyahısına əlavə edəcək”.

Bu fikirləri Strateq.az-a açıqlamasında Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib.

İlyas İsmayılov bildirib ki, artıq 73 yaşını haqlamış və 14 ildir dustaq həyatı yaşayan görkəmli alimin həbsdə saxlanması təkcə hakimiyyətə yox, elə bir millət kimi, bizim özümüzə də hörmət, başucalığı gətirmir: “Milləti qabağa aparan, ona yol göstərən alimləridir və bu səbəbdən dövlət başçıları həmişə öz alimlərini qorumağa can atmalıdır. Qoca tarix alim-hökmdar dialoqları, alimlər üstündə çıxan savaşlar, alimlərin qorunması üçün ölkə rəhbərlərinin keçirdikləri xüsusi əməliyyatlar barədə heyrətamiz nümunələrlə doludur… Ancaq biz nə edirik? Onsuz da çox az sayda olan həqiqi elm sahiblərimizi, əsl alimlərimizi qorumaq, onlara fəaliyyətləri üçün yüksək şərait yaratmaq əvəzinə, onları  min bir əziyyətə, məhrumiyyətlərə düçar edirik, həbsə atırıq.

Alim cəmiyyətin dəyəridir. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbər “Aimin mürəkkəbi ilə  şəhidin qanı göylər üçün eyni rəngdədir” deyirdi. Axı sındırılmış, alçaldılmış, təhqir edilmiş alimlərlə biz cəmiyyəti necə inkişaf etdirərik? Bu bir həqiqətdir ki, Əli İnsanov Azərbaycanın dünya miqyasında tanınan alimlərindəndir. İndi onu gülünc və siyasi mahiyyətli olduğu açıq-aşkar görünən ittihamlarla həbsdə saxlamağın nə adı var?! 

Mən hesab edirəm ki, Əli İnsanovun işi təkcə hüquq-mühafizə orqanlarının yox, həm də bizim cəmiyyətin vicdan məsələsi olmalıdır. Belə laqeyd münasibət nə hakimiyyətə, nə də bir millət kimi, bizə hörmət gətirmir”.

İlyas İsmayılov açıqlamasında hələ respublika prokuroru işlədiyi illərdə rastlaşdığı bir alimin həbsiylə bağlı hadisəni də nəql edib: “Mən respublika prokuroru təyin olunmazdan əvvəl – Abbas Zamanovun vaxtında Özbəkistandan Azərbaycana dəvət edilmiş Nadir Mehdiyev adlı nüfuzlu bir alimi həbs etmişdilər. İşi Moskvada Proşkin familiyalı mühüm işlər müstəntiqi aparırdı. Nadir Mehdiyev, indi dünyasını dəyişdiyinə görə adlarını çəkmədiyim bəzi adamlarla yola getmirdi və buna görə də Mərkəzi Komitənin əliylə də onun azad edilməsinin qarşısını alırdılar. Buradan SSRİ rəhbərliyinə, SSRİ Baş Prokuroru adına məktublar təşkil edilirdi ki, onu həbsdə saxlasınlar.  

Mən Moskvaya Kollegiyaya gedən zaman SSRİ Baş prokuroru Aleksandr Mixayloviç Rekunkov həmin məktubları göstərərək, dedi: “Yoldaş İsmayılov, mən sizin milləti heç cür başa düşə bilmirəm. Mənə göndərilən məktublarda alimin buraxılmasını yox, həbsdə saxlanmasını istəyirlər!”

Mən Bakıya qayıtdıqan dərhal sonra bu məsələni rəhmətlik Kamran Bağırova da danışdım və məlum oldu ki, Nadir Mehdiyevin həbsdə saxlanması üçün ona da güclü təzyiq edilir…

Br müddət sonra Mehdiyev azadlığa buraxıldı və Azərbaycandan getdi… Yəni, sözümün canı odur ki, alimlərin cəmiyyətə verdikləri fayda daha çoxdur, nəinki vurduqarı ziyan. Üstəlik, Əli İnsanov ittiham olunduğu əsas maddələrlə cəzasını çoxdan çəkib qurtarıb. Onu təzədən gülünc ittihamlarla içəridə saxlamağın nə adı var?! Axı bu, nə ədalətə, nə mərhəmətə, nə də dəyərlərə hörmətə sığır?! Əksinə, onu içəridə saxladıqca, cəmiyyətdə o fikir güclənir ki, hakimiyyət məhz Əli İnsanovun siyasi iddalarından çəkinərək, onu zorla içəridə saxlayır.”

635x100

Şərhlər

cemsid derelyezliye 2019-02-15 15:04:16

siz eli insanovu qerbi azerbaycanli olduqu ucun mudafie edirsiniz. iceride deki gunahsizlari niye mudafie etmirsiniz. besdirin qurtarin bu regionculuqu. mehz siziy kimilerin regionculuq merezi olkemize ciddi ziyan vurur. Misir Merdanovla Eli Insanov rehberlik etdiyi nazirlikleri oz qohum eqrabalarini yerlesdirmisdi.

İsa 2019-02-15 15:04:16

"Alim öldü-aləm öldü" hədis-i şərifini xatırlatmaqla, hörmətli hüquq elmləri doktoru İlyas müəllimin,həbsdə olan digər alimlə bağlı mövqeyini mən də bölüşürəm.

Azeri 2019-02-15 15:04:16

İ.İsmaylov alimlikdən, ziyalılıdan danışır. İsmaylovda yaxşı bilir ki, alim olmaq hələ ziyalı olmaq deyil.Cinsindəz, Sosial vəziyətindən asılı olmayaraq kimhi haqqın yanındadır o ziyalıdır. Əli İnsanov heç vaxtı ziyal olmayıb cənzb İsmaylıov.Ə.insanov həmişə vətandaşlar arasında bilərəkdən, məqsəd yönülü olaraq ayrı seçkilik edirdi. Hətta açıq şəkildə utanmada bəyan edirdi ki, azərbaycanda həstəxanarda xadimədən tutmuş baş həkimələrə kimi hamsı ermənistanlı olmalıdır. Belə düşüncəli insan ziyalı ola bilməz. Həyat elə özü İnsanova dərs verd. Onun həbsi ilə bağlı işdə əslən Ermənistandan olanlar üzünə durdu. Budu həyatın ədaləti

zakir 2019-02-15 15:04:16

men yusif gencelinin fikrine serikem. Eli Insanov hakimiyyetde olan da indi onu zindana salan hakimiyyete meydan oxuyan isa qemberi hedeleyirdi ki yerazlari qaldiraram senin ustune qalarsan onlarin ayaqlari altinda... bax tarixi adelet budur- regionculuq edenlerin axiri bele olur. bu milletin xilas yolu regionculuqdan xilas olmaqdir

Dr.AGAOGLU 2019-02-15 15:04:16

Böyük Əmir Teymur döyüşe gederkən özü öndə durar,alimlərini qorumaqdan ötrü isə arxada ən qorxmaz döyüşçülərindən ibarət dairəvi mühafizə sistemi qurardı. Alimi zorən şəxsi mənafe siyasətinə qoşub sonra onun" bir ölülər,birdə dəlilər dəyişməz olur" prinsipinə görə ona arxa çevirib cəza verənlər düşünməlidirlər.Bütün səhvləri ilə bərabər Əli İnsanov cəmiyyət üçün dəyərli azsaylı alimlərimizdəndir.Onun həbsdə saxlanıb cəmiyyəti onun bilik və bacarığından məhrum etmək yolverilməzdir.Təşəkkür İLYAS müəllim.

Cəmşid Dərələyəzli 2019-02-15 15:04:16

Bəzi adsızlar bilsinlər ki, YERAZ dediyi toplum tarixən Azərbaycanın dərin dövləti olub, daima bu dövlətin, dövlətçiliyin və onun başçısının keşiyində durub və haylada öz mövqeyindədir. Qaldı İlyas müəllimin müraciətinə bəli onu dəstəkləyirəm. Əli müəllim elmi səviyyəsi ilə dünyada Azərbaycanın bütöv xalqını təmsil edir, İnanıram ki, cənab Prezident bu məsələdə öz sözünü deyəcək

Şəkili 2019-02-15 15:04:16

İlyas İsmayılov xalqımızın əsl ziyalısıdır və qaldırdığı məsələ önəmli bir məsələdir... Əli İnsanov alimdir,həbsdə qalması qanunlarımıza ziddir?

xuraman 2019-02-15 15:04:16

Cox sag olun İjyas müəllim bu mövzuya toxundunuz, bu qeder cinayətkar bayırda gezdiyi halda, Əli İnsaniv kimi bir alımın həbsdə yatması cox utancvericidir, bu insana deyer vermemek olmaz, hebsde bele özünü kisi kimi apardı, bele əqide sahibinə tezlikle azadlıq arzulayıram

saxavat mikayilov 2019-02-15 15:04:16

Ali Insanov akademimikdir Bacariqli, savadli kadr idi Hakimiyyetde olan bezi onu istemeyen manqurtlar onu hebs etdirmeye nail olduiar Eyni zamanda polad kimi insandir Eyilmezdir AlI Insanov Niye Hakimiyyet onu hebsden buraxmir Sebebi nedir? Chunki Ali Insanov prinsioal shexsiyyetdir Alla onun komeyi olsun

Pisiyə 2019-02-15 15:04:16

Qardaş sən Şəkilini misal çəkib səhv etdin .Bir nümunə göstər

Aqronom 2019-02-15 15:04:16

Siz yazın görək sizin Ədalət partiyanızın fəaliyyəti nəticəsində hansısa bir fəqiri məhkəmələrdə müdafiə edib günahsız olduğunu sübut edib ədalətə qovuşdurmusunzmu?.

Moshu 2019-02-15 15:04:16

Создал школу физиотерапии и пульмонологии в Азербайджане. Под его руководством защищены 25 кандидатских и 8 докторских диссертаций. Автор 4 книг, 200 научных статей и докладов, которые с были с интересом приняты в таких странах как США, Великобритания, Франция, Китай, Германия, Турция, Иран, Индия, Япония, Израиль, Швеция, Куба, Индонезия, Бельгия и Пакистан. Sadəcə olaraq Onu qeyd etmək istəyirəm ki, Əli İnsanov vəzifə düşkünü olmamalı idi, alimliyi onu hər zaman yüksəkliklərdə saxlayacaqdı. Bilmək olmaz bəlkə də Nobel mükafatına layiq görülərdi. Keçənə güzəşt deyərlər. İlyas müəllimim fikirləri ilə tam razıyam. Cənab Prezident humanistlik göstərib Əli İnsanovu Novruz bayramında və ya Respublika günündə əfv etsə, bu ona yalnız başucalığı gətirər

vidadi 2019-02-15 15:04:16

yusif, hetta boyuk nizamini bele xelife hebs etmeyib,eksine ondan istifade etmek isteyib,xilafetin erazilerini genishlendirmek ucun edalet olmalidir.

Sus 2019-02-15 15:04:16

Əli müəllimin həbsini heç Allah da götürməz.Burada rəy yazan Yusif Gəncəli qardaşımızı da mən başa düşürəm.Mən özüm o tərəflərdən deyiləm.Amma İndi hiss edirəm ki, çox hörmətli Əli müıllim o adam deyil...Mən də onun azad olunmasını çox istəyirəm.Allah yolunu açsın-amin.

Oqtay 2019-02-15 15:04:16

İlyaz müəllimə sonsuz hörmətim var.Cavanlıqda mənə ev məsələsində mənim məktubuma verdiyi cavab mənə çox kömək etdi .Əli insanov oğlumu şəxsən təmənnasız tanımadığı bir adamın ( mənim) xahişim ilə uzun müddət müalıcə edib tam sağaldıb əsgərliyə yararlı edib Mən onların ikisinədə sonsuz hörmətim var həqiqətəndə onlar alımdirlər ziyadırlar mən onların ziyasını şəxsən görmüşüm.Onlara uzun ömür və can sağlığı arzulayıram Mən də İlyas müəllimin çağırışına qoşuluram.Gözəl insandan gözəl təklif

Mirzə AĞ 2019-02-15 15:04:16

İlyas müəllimə təşəkkürlər!!! Gerçəkdən, İnsanov kimi dünya miqyaslı alimin həbsdə saxlanması utanc gətirəndr...

yusif genceli 2019-02-15 15:04:16

eli insanov ziyali deyildi-regioncu-korrupsioner- coreyi dizinin uste adam idi. Qerbi Azerbaycanlilar (Yerazlar) hele 2004-cu ilde deyirdi ki bizim prezidentimiz eli insanovdur. biz ilham eliyevi qebul etmirik. eli insanov haqli cezasini aldi

t.ədalət 2019-02-15 15:04:16

Çox dəyərli çıxışdır.Əli İnsanov cəzasını çoxdan çəkib qurtarıb.Səhvsiz insan olmur.Bu səhvə görə cəzanı uzatmaq günaha batmaqdır.Deyirlər ki,haqsızlıq uzandıqca,onu yaradanın üzərinə yeriyir.Sabahın necə olacağını yalnız Allah bilir!Allah bizi mərhəmətlilərdən eləsin!

Moshu 2019-02-15 15:04:16

Член Международного Сообщества Против Туберкулеза, Европейского общества Респираторов, Нью-Йоркской Академии Наук и Российской академии естественных наук. Избран вице-президентом Верхней ассамблеи Всемирной организации здравоохранения в 1998 году. Избран депутатом в Милли Меджлис Азербайджана в 1995 году. Создатель первого лекарственного препарата на основе целебных трав Азербайджана, «Бронхолитин Инсанова».

Asəf 2019-02-15 15:04:16

Əli İnsanovu alim adlandırmaq haqqa və ədalətə qarşı getməkdir. ...

ELSHAD ABDULLAYEV 2019-02-15 15:04:16

Dəyərli Hüquq professoru İlyas İsmayılova təşəkkür edirik! Həqiqətən, Avropa Məhkəməsinin qərarından sonra Əli İnsanov kimi Şəxsiyyətin, tanınmış alimin həbsdə saxlanılması düz deyil...

Pisi 2019-02-15 15:04:16

Eli insanov heqiqi alimdi ondan basqa hansi alimimiz varki yeni nov derman icad eliye.duzdu yerliperest idi guya indi yoxdu yerliperestlik her regionda var bakili bakilinin sekili sekilinin sirvannida sirvannin terefini saxliyir.Eli İnsanov kisi adam idi.indi mirsahine, Elman Nesirova, Elşən Musayeve baxanda insan özündən utanir.....

bisavad 2019-02-15 15:04:16

Əli İnsanov akademikdir. Əgər Əli İnsanov həbs olunmasaydı elmimizə nə qədər yenilik gətirə bilərdi. Akademikin elmdən uzaqlaşdırılmasının acı nəticəsini mən təsəvvür edə bilmirəm. Keçmişdə akademik Saxarovun düşüncələri nəhəng SSRİ-nin əleyhinə olduğuna baxmayaraq onu həbs etmədilər.

Moshu 2019-02-15 15:04:16

İlyas İsmayılov həqiqətən də çox dəyərli insandır, kifayət qədər savadlı hüquqşünas və el ağsaqqalıdır. Azpolitikada onun bütün yazılarını böyük həvəslə, acgözlüklə oxuyuram. İlyas müəllim yazmamışdan öncə bütün məsələləri süzgəcdən keçirib sonra qırarını verir. Ona görə də onun yazıları oxunaqlı olur. Həqiqətən Əli İnsanov dünya şöhrətli alimdir. Vikipediyaya daxil olub onun titulları ilə maraqlanmaq olar. Əyani olaraq rus dilində də olsa bu qısa yazıda vermək qərarına gəldim. Onu çap edib-etməmək Azpolitikanın öhdəsinə buraxıram. В 2001 году избран действующим членом академии наук Азербайджана. Вице-президент Всемирного Научного Общества Биотехнологов.

Son yazılar