"BakuBus"un avtobusu ilə toqquşan avtomobilin sürücüsü öldü

Bakının Xətai rayonu ərazisində "BakuBus" MMC-yə məxsus 2 saylı müntəzəm xətt marşrutu üzrə hərəkət edən avtobusla toqquşan "KİA Rio" markalı avtomobilin sürücüsü dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Fevralın 14-də Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emin Vahid oğlu Məmmədov idarə etdiyi "KİA Rio" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib 2 saylı müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 dövlət nömrə nişanlı avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında yaralanan olmasa da, minik maşınının sürücüsü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar