Albaniya TAP ilə qaz tədarükü üçün lisenziya verib

Dərc olunub: 15/02/2019 - 17:11

b153116c-3a8a-4ff1-b8f9-963b61162e4dAlbaniyanın Enerji Tənzimləmə Təşkilatı (ERE) “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisi ilə məşğul olan “TAP AG” konsorsiumuna təbii qazın nəqli üçün lisenziya verilməsinə dair qərar qəbul edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qərarda ERE-nin TAP layihəsi istafadəyə veriləndən sonra 25 il müddətinə “TAP AG”yə Albaniyada lisenziya verdiyi bildirilir.

Qəbul edilmiş qərar əsasında Şirkət boru kəməri işə salındıqdan sonra 12 aydan gec olmayaraq aktiv və öhdəliklərə sahiblik hüququnu göstərən və Albaniya ərazisində tələb olunan lisenziyaya uyğun olaraq, yerinə yetirməli olduğu bütün sənədləri təqdim etməldir.

Qeyd edək ki, TAP 2018-ci ilin dekabr ayında lisenziya alınması məqsədilə ERE-yə ərizə ilə müraciət edib və bundan sonra ERE “TAP AG” konsorsiumundan bunun üçün zəruri olan əlavə sənədləri tələb edib.

Əlavə edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2″ layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.








loading...


Fikrinizi bildirin