Azərbaycan Ordusunun daha bir əsgəri özünü güllələdi

Azərbaycan Ordusunda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb.

Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Əsgərin vəziyyəti kafi qiymətləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar