Polkovnik Əfrahim Təhməzov “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif təltif olunub-  Fotolar

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurasının yanında Beynəlmilləl Hərbçilərin işi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub. Bu yüksək mükafata sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ərəfəsində layiq görülən Əfrahim Təhməzov indiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür”, “Beynəlmiləl döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları ilə eləcə də SSRİ Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.

Qeyd edək ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirmişdir. SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçi Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmişdir.

Azərbaycanlı döyüşçüsü, jurnalist-hüquqşünas, Azərbaycan və Rusiya Jurnalistləri Birliklərinin üzvü Əfrahim Təhməzov 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olmuş, dəfələrlə ölümlə üz-üzə gələrək döyüş əməliyyatları zamanı müxtəlif bədən xəsarətləri almışdır.

Ümummili lider, xalqın xilaskar oğlu Heydər Əliyev 2 noyabr 1993-cü ildə televiziya vasitəsi ilə xalqa müraciət edərək Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən zaman o çağrışa qoşulan minlərlə Vətəninə, Xalqına bağlı olan Əfqanıstan döyüşçüləri kimi Əfrahim Təhməzovda Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Hazırda ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov ölkənin ictimai siyasi həyatında fəal iştirak edərək, dövlətimizin milli maraqlarının müdafiəsi istiqamətində müxtəlif mövzularda KİV-lərdə çıxışlar edir.

Keçmiş döyüşçü, ehtiyada olan ədliyyə polkovniki deyir ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də təcavüzkar Ermənistanın işğalı altındadır. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Aparıcı beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar icra olunmur, Ermənistan məkrli siyasətindən və iddialarından əl çəkmir. Lakin Ermənistan və onların havadarları birmənalı olaraq bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir.

Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət hər bir ölkə vətəndaşında sabaha inam və əminlik hissi yaradaraq işğal altında olan torpaqlarımızın azad olunmasına zəmin yaradır. Məhz ölkə başçısının apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin mayında “Günnüt” əməliyyatında yüksək döyüş qabiliyyətini nümayiş etdirdi.

Keçmiş döyüşçü, ehtiyatda olan ədliyyə polkovniki Ə. Təhməzov qətiyyətlə bildirir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müvafiq əmr verəcəyi andan etibarən silaha sarılmağa, canımız və qanımız bahasına işğal olunmuş torpaqlarımızın azad etməyə hazırıq.

635x100

Şərhlər

t.ədalət 2019-02-15 18:29:12

Hörmətli Əfrahim müəllim,"Azərbaycan torpaqlarının bir hissəsi" erməninin yox,sizin mükafat aldığınız rus ordusunun işğalı altındadır.Sadəcə olaraq,ermənistanın adından istifadə etməklə Rusiya burda manipulyasiya edir.

EJDER 2019-02-15 18:29:12

BELI,SIZ EDLIYYE POLKOVNIKI.HEQIQETENDE QARABAQDA DOYUWLERDE IWTIRAK ETMISINIZSE,BILMELIYDINIZ KI,VAZGENLER TEREFDE,,NAEMLIKLERLE,,BERABER,ESAS EMELIYYATLARDA RUS ORDUSU DOYUWURDI.

Son yazılar