MİKAYIL CABBAROV 58 NƏFƏRİ İŞDƏN ÇIXARDI - Aralarında yüksək vəzifəlilər də var + ADLAR

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə 58 nəfər vergi orqanları əməkdaşları tutduğu vəzifələrdən azad edilib. İxtisarlar nazirin apardığı vergi islahatları çərçivəsində olub. Yeni nazir sahibkarları incidən vergi əməkdaşlarından xilas olmaq üçün qeyd edilən addımı atıb.

Mikayıl Cabbarovun əmri ilə işdən azad olunanların arasında keçmiş nazir Fazil Məmmədova yaxınlığı ilə tanınan Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Baş direktoru Səməd Vəliyev və digər şəxslər də var. Bu şəxslər həm də sahibkarları incitməklə ad çıxarıblar.

İşdən çıxarılan yüksək vəzifəlilərin siyahısını təqdim edirik:

Murad Əliyev – Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Baş direktorunun müavini,

Həmid Zeynalov – Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Baş direktorunun müavini,

Asif Muradzadə – Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icraçısı – idarə direktorunun müavini,

Vüsal Sevdimalıyev – Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru,

Emin Şahgəldiyev – Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru. (Demokrat.az)

635x100

Şərhlər

Qanun. 2021-08-31 21:37:20

Əslində burada baş verənlər elə də qaranlıq bir şey deyildir. Şəhr yazanlar və mən də onların yüksək keyfiýyətə malik,təcrübəli işçi olduqlarına şübhə etmirik. Amma orada başqaları əhr yazanların çoxunun baş verənıərdən görünür məĺumatı var. Bəlkə onlardan hansınınsa da adı bu siyahəda var

TARIX 2019-02-15 18:56:17

BAXMAQ LAZMDIR ISDAN CIXARILANLARIN YERINA KIMI GOTURURLAR.KIMINSA QOHUM -QARDASINI.KECAN DAFA CIXARILANLARIN AKSERIYYETI IMTAHALA QABUL OLUNMUS SAVADLI ISSANLAR IDI.

Vaqif 2019-02-15 18:56:17

Çox maraqlı vəziyyətdir.Coxsu testlə imtahan verib,işə qəbul olan şəxslərdir.Bacaraqlı işçilər olduğundan köhnə nazir dövründə savadları bacarıqlarına görə ədalətli yanaşma nəticəsində vəzifəyə təyin ediliblər.Necə illərin yetişmiş kadrlarıdır.İndi işə girənlər test vermədən işə qəbul olunurlar vəzifə isə pay verilir.Dövlət başçısı,dövlət imtahan mərkəsi niyə bunun araşdırmır??.Vergiyə işə girmək 2000-ci ildən ancaq testlə olub və buna görə orada kasıb uşaqlarıda işləyib,görünür artıq kasib ölməlidir.

Şəkidən 2019-02-15 18:56:17

Vergi Əməkdaşları tərəfindən vergidən yayınma hallarına yol verən Səhmdar Cəmiyyətlərin qanun pozuntusuna göz yumurlar və bu səbəbli səhmdarlar uzun illərdir ki,dividentsiz qalıblar ? Əslində Vergilər Nazirliyində köklü kadr islahatları aparılmalıdır,yoxsa bir-iki nəfəri çıxartmaqnan iş bitmir. Vergi dövlətin bel sütunudur. Vergi əməkdaşları yerində olsa, Neft sektoruna ehtiyac olmaz.İldə təyin olunmuş büdcəni 3-dəfə artıq yerinə yetirmək mümkündür.. Vergidən yayınma halları hökm sürür Səhmdar Cəmiyyətlərdə

vergi ödəyicisi 2019-02-15 18:56:17

Diger saytda 58 neferin adli siyahisini oxudum.4-5 nefer istisna olmaqla digerleri hec vaxt vergi odeyicileri ile kontakti olmayan iwcilerdir,sadece arxasinda adami olmayanlari cixarib,oz adamlari ucun vakansiya yaradiblar.Mozalanin bir nomresi var,yeni baw hekim gelir,xalatinin cibi olmur.Sonra belli olur ki,xalati ters geyinibmiw,cibler var,ozu de lap boyuyunden.Unurmayaq ki,her yeni gelen evvelkinin olenlerine rehmet oxutdurur.

patriot 2019-02-15 18:56:17

Samiri nə vaxt cixardacaqlar? ğözləyək

EJDER 2019-02-15 18:56:17

HESAB EDIREM KI,BAYRAM BU ELLI SEKKIZ NEFERE DUWMEDI.

t.ədalət 2019-02-15 18:56:17

Büdcə boşaldıqca iş yerləri də "ixtisar" olunur.Sonda nə olacaq,onu Allah bilir..

xetai 2019-02-15 18:56:17

Gecikən ədalət ədalətsizlikdi.

Abit 2019-02-15 18:56:17

maliyye nazirliyine birleşmelidi bir idare kimi

Son yazılar