İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

Dərc olunub: 15/02/2019 - 19:53

b0b10347-4455-4b4b-b328-e4d1a9a00e51İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb. “Report”un Şirvan bürosunun məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin