Kürdəmirdə "Azərsu"ya məxsus avtomobil avtobusla toqquşub

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı km-də, rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Füzuli Ata oğlu Əzimovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı pikapa dönmə əməliyyatı edərkən İlqar Məhəmməd oğlu Alıyevin idarə etdiyi sərnişin avtobusu çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyat vasitəsinə xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar