Avropa Parlamentinin nümayəndə heyəti Venesuelaya səfər edəcək

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropanın nümayəndə heyəti «müvəqqəti prezident» kimi tanıdığı Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə göryşə gedəcək.

«EFE» agentliyinin məlumatına görə, Avropa Parlamentinin (AP) 6 nümayəndəsi fevralın 17-də Karakasa gələcək və növbəti çərşənbə axşamına qədər orada qalacaq.

Səfərin gedişində onlar bir sıra görüşlər keçirəcək, o cümlədən, Quaydonun özə ilə görüşərək, növbədənkənar prezident seçkilərinin təşkili və humanitar yardımın çatdırılması məsələlərini müzakirə edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar