Şəmkirdə 26 yaşlı gənc bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub."Report"un Qərb bürosunun məlumatına görə, hadisə Könüllü kəndində baş verib. 1993-cü il təvəllüdlü Kənan Qərib oğlu Məmmədov tanışı ilə mübahisə zamanı 2 bıçaq yarası alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, K.Məmmədovun da mübahisə etdiyi şəxsə xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Şəmkir rayonunda kişi həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar