«ABŞ humanitar yardımı zəhərləyib...» - Maduro

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) humanitar yardımı zəhərləyib və o, istehlak üçün yararsızdır. Bu barədə xəbəri «Euronews» yayıb.

Maduronun sözlərinə görə, ərzaq məhsulları konserogen kimyəvi maddələrlə zənginləşdirilib və onların istehlakı qida zəhərlənməsinə səbəb ola bilər.

Maduro əmindir ki, ABŞ və Venesuela müxalifəti ölkəni aşağılamaq məqsədilə əhaliyə humanitar yardım təqdim etmək isiəyirlər, amma ölkə özü öz qayğısına qala bilər.

Məlumat üçün bildirək ki, fevralın 10-da Kolumbiyanın Kukuta şəhərinə Venesuela vətəndaşları üçün humanitar yardımın ilk partiyası gətirilib. Ancaq Maduro hərbçilərə Kolumbiya ilə sərhədi bloklamaq və ərzaqla dolu yük maşınlarını ölkə ərazisinə buraxmamaq əmri verib.

635x100

Şərhlər

EJDER 2019-02-15 22:13:27

BRAVO,MAdURA...LOPUXLUQ ELEME.KQBewnik PUTINE INANMA,SATACAQ SENI,MILYARDLARIN ONA QALAJAQ,SAROKAZI CANI

Natiq 2019-02-15 22:13:27

Maduronu Əsədin gününə salacaq Amerika ilə Rosiya. Ya öldürəcəklər ya da elə edəcəklər ki,ölsə ondan yaxşı olar.

Son yazılar