TRAMP FÖVQƏLADƏ VƏZİYYƏT ELAN ETDİ - Böhranın aradan qaldırılması məqsədilə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan olunması barədə sənəd imzalayıb. Bu barədə Ağ evdən xəbər veriblər.

«Fövqəladə vəziyyət  milli təhlükəsizlik sahəsində və sərhəddə humanitar böhranın aradan qaldırılması məqsədilə tətbiq edilir» - deyə, Ağ Evin mətbuat katibi Sara Sanders izah edib.

«Associated Press» agentliyinin məlumatına görə, fövqəladə vəziyyət elan edərkən, Tramp Meksika ilə sərhəddə divar tikmək üçün vəsaitin ayrılması məsələsində Konqresdən yan keçməyi planlayır.

«Röyter» agentiyinin məlumatına görə, beləliklə, Tramp başqa məqsədlər üçün nəzərdə tutulmuş 8 milyarda yaxın vəsaiti divar tikmək üçün xərcləyə biləcək.

Konqresdə müzakirə olunan büdcə layihəsində Meksiya ilə sərhəddə «arakəsmə» tikmək məqsədilə 1,3 milyard dollar vəsait ayrılıb, amma prezident bu məqsədlə 5,7 milyard dollar tələb edib.

Əlavə edək ki, demokratlar ölkədə fövqəladə vəziyyətrejiminin tətbiqinə qarşı çıxış ediblər. Senatın demokrat üzvü Çak Şumer bunu «qanunsuzluq» və «vəzifə səlahiyyətlərindən sui-istifadə» adlandırıb.

635x100

Şərhlər

akif 2019-02-15 22:50:36

Tranp qardasdi....

Son yazılar