Bakı metrosunun yatmış polisləri - Foto

“Facebook” sosial şəbəkəsində Sancaq qrupunda bu barədə foto paylaşılıb

Bakı metropolitenində polis işçisinin xidməti yerində yatması barədə məlumatlar yayılıb.

“Facebook” sosial şəbəkəsində Sancaq qrupunda bu barədə foto paylaşılıb. Bundan əlavə bəzi kütləvi informasiya vasitələrində qeyd olunub ki, metronun “İnşaatçılar” stansiyasında iki polis əməkdaşı təhlükəsizliyə nəzarət edir. Bu zaman polislərdən bir oturduğu stolda mürgüləyir. Digər polis əməkdaşı isə telefonla danışır.

Məsələni araşdırmaq üçün Bakı Metropoliteni ilə əlaqə yaratdıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında qurumda təhlükəsizliyin yüksək səviyyədə qorunduğunu bildirdi.

“Düzdür polisin yatması birbaşa daxili işlər orqanlarına aid məsələdir. Amma ümumilikdə metroda təhlükəsizliyin nəzarətsiz qalması ilə bağlı söz-söhbət yalandır. Metroda daima təhlükəsizlik yüz faiz qorunur. Təhlükəsizlik istər polis, istərsə də metropoliten işçiləri tərəfindnə daim nəzarət altındadır. Bundan başqa, metronun hər bir nöqtəsində müşahidə kameraları ilə hadisələr izlənir”, - deyə Nəsimi Paşayev bildirib.

Məsələ ilə bağlı metronun polis şöbəsinin rəis müavini Kamal Şirinovla əlaqə saxladıq. O, məsələ barədə heç bir açıqlama vermək istəmədi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında məsələ barədə eşitmədiyini bildirib. O, məsələnin araşdırılacağını əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar