ABŞ və NATO Türkiyəni "dilə tutur" - "S-400" sistemindən imtina üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans üzvləri Rusiyanın "S-400 raket" sisteminn alternativləri barədə Türkiyə ilə danışıqlar aparırlar.

O, xatırladıb ki, NATO Rusiya-Türkiyə sövdəsinə qarşıdır. Belə ki, "S-400" sistemi alyans sisteminə inteqrasiya edə bilməz.

Hazırda Türkiyə ABŞ-la danışıqlar aparır, həm də raket əleyhinə sistemlərin alınması məsələsini Fransa və İtayliya ilə müzakirə edir.

Qeyd olunur ki, Paris Ankaraya hava-hücumundan müdafiə (HHM) SAMR/T sistnmi kimi alternativ təklif edə bilər.

«Hazırda raket əleyhinə və hava-hücumunda müdafiə (HHM) məsələləri ətrafında Türkiyə-ABŞ dialoqu aparılır, həm də Türkiyənin digər NATO ölkələri ilə təmasları həyata keçirilir» - deyə, Baş katib Brüsseldə NATO ölkələri nazirlərinin görüşü zamanı bildirib.

Bu zaman o, Rusiya ilə kontraktın işlənməsi hüqununun Türkiyənin öz işi olduğunu bildirib.

635x100

Şərhlər

t.ədalət 2019-02-16 00:03:40

Əlbəttə,NATO razı olmaz ki,onun üzvü olan dövlətlərin cəbbəxanasında rus silahı olsun.Rus silahı Türkiyə üçün elə də güvənli deyil.Belə ki rus silahı ilə özünü qorumağa cəhd edən ölkə erməniyə dayı deməyə məcbur olacaq.Türkiyənin israrlı olması sonda onun özünə baha başa gələ bilər.ABŞ da hərbi müttəfiqini elə- belə buraxmaz.Dünya iqtisadiyyatının cilovunu əlində saxlayan bir ölkə üçün Türkiyə iqtisadiyyatını zəiflətmək çox asandır.Ruysiya üçün də ,zatən güclü Türkiyə lazım deyil.

Son yazılar