«Birləşmək barədə Putinlə mənim problemim yoxdur, ancaq...» - Lukaşenko

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Belorus Respublikasının prezidenti Aleksandr Lukaşenko Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqlardan sonra maraqlı bəyanat verib. O bildirib ki, Belorus və Rusiyanın birləşməsi iki ölkənin xalqlarının buna hazır olduqları zaman baş verə bilər.

«Burada məsələ suverenlikdə deyil. Mən hesab edirəm ki, həmkarım və dostum mənimlə razılaşar: Biz, birləşmək məsələsində irəli getməyə sizlərin hazır olduğunuz qədər hazırıq. Biz, sabah birləşə bilərik - bizim problemimiz yoxdur. Ancaq sizlər - rusiyalılar və beloruslar - buna hazırsınızmı?» - deyə, "İnterfaks" Lukaşenkodan sitat gətirir.

«Dünyada tam müstəqil dövlət sadəcə, mövcud deyil. Müasir dünya - qarşılıqlı asılılıq dünyasıdır» - deyə, Vladimir Putin Lukaşenkonun dediklərini şərh edib.

635x100

Şərhlər

EJDER 2019-02-16 00:27:02

BATYA,BRAVO...BRAT NEJESEN...QAZIN GELIR...LAZIM GELSE XEBER ELE.BAX A,PUTIN QURDDU.KQB ewnikdi...LOPWU VEWAYET...TYELKALARIN NEJEDI OYYY ,BATYA

Son yazılar