Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb

Dərc olunub: 16/02/2019 - 12:14

azerbaijan-oilll_1493622054Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,9 dollar və yaxud 2,87% artıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,06 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.










loading...


Fikrinizi bildirin