Azərbaycan 160 milyon dəyərində tütün məmulatları idxal edib - Böyük hissəsini Rusiyadan

1 ölkədən 129 milyon dollarlıq siqaret alıb - Tütün məmulatlarına 160 milyon xərclənib

Azərbaycan 2018-ci ildə 152 milyon 392 min dollar məbləğində siqaret idxal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə hökumətdən məlumat verilib.

Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən 129 milyon 233 min dollar məbləğində (artım 32,9%) siqaret idxal olunub.

Bundan başqa, 2018-ci ildə Rusiyadan Azərbaycana 13 milyon 224 min dollar (azalma 76,5%) məbləğində siqaret idxal olunub.

Azərbaycana siqaret idxal edən ölkələrdən biri də Belarus olub. Hesabat ilində Belarusdan 9 milyon 841 min dollar (artım 2,8 dəfə) dəyərində siqaret idxal edilib.

Bütövlükdə, respublikaya siqaret tədarükünün 93,5%-i Ukrayna və Rusiyadan idxalın payına düşüb.

2017-ci ildə Azərbaycana 159 milyon 895 min dollar məbləğində siqaret daxil olmaqla, 160 milyon 54 min dollar dəyərində tütün məmulatları idxal edilmişdi.

635x100

Şərhlər

Bashirov Qarib 2019-02-16 13:10:19

Tutun becərilməsi uçun ən yaxşı şərait bizdədir.İstehsalı da elə murəkkəb deyil.Kimsə yaxşı pul qazansın deyə, ucuz siqaretləri gətirib iki qat bahasına camaata sırımasına şərait yaradılır.Ayda bir dəfə bir blokdan artıq gətirməyə qadaga qoyublar.Gərək bunlar özləri gətirələr,biz də gedib onlardan iki qat bahasına alaq.İstehsal da etmirlər ki, camaat işlə təmin oluna.Bu öz xalqına qarşı cinayət deyilmi

Son yazılar