AGENTLİK RƏHBƏRİNİN XARİCDƏKİ BÖYÜK BİZNESİ... - Slovakiya, Ukrayna və Türkiyədəki obyektləri + FOTOLAR

"Azərbaycan məmurlarının korrupsiya yolu ilə mənimsədiklərini yatırmaq üçün Avropada İngiltərə və Çexiyadan başqa daha bir ölkə var – Slovakiya. Tam da Avstriya ilə sərhədində, əsrarəngiz Dunayın sahilindəki Bratislavanın bu sarıdan ayrı bir özəlliyi var. Bu şəhərdə Azərbaycandan çıxarılmış böyük pullarla xeyli sayda şirkətlər, hətta özəl universitet belə fəaliyyət göstərir. Bu barədə ayrıca yazacağam".

"AzPolitika.info" xəbər verir ki, bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin "facebook"da paylaşdığı yeni yazısından götürülüb. Jurnalist budəfəki yazısını Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin biznesinə həsr edib. Həmin yazının təqdim edirik:

"2018-ci ilin yanvarından fəaliyyətə başlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzli bu ölkədə hamam xalatları (!), aksessuarları satır. Tam ciddi! Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxaları tekstil və hamam aksessuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk). Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Saffran S.R.O 2016-cı ilin noyabrın 11-də Bratislava ədliyyəsində 50 574 256 saylı şəhadətnamə ilə qeydiyyata alınıb.

Qeydiyyat ünvanı: Špitálska 53

Bratislava – mestská časť Staré Mesto 811 01.

Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib.

25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir. 2018-ci il iyulun 3-də Saffran S.R.O. Belarus vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir.

Saffran S.R.O.-nun fəaliyyəti Slovakiya ilə məhdudlaşmır. Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub. Nizamnamə kapitalı 21 miyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur.

Saffran S.R.O. agentlik rəhbərinin yeganə şirkəti deyil. Cənab Təhməzlinin Gürcüstanda Universal Medikal Group şirkəti fəaliyyət göstərır. Şirkət 2011-ci ilin dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.

Cənab Təhməzlinin Türkiyədə də biznesi var. Agentlik rəhbəri "TOSGO GROUP MEDİKAL İNŞAAT VE TURİZM SANAYİ TİCARET LİMİTED ŞİRKETİ"ni hələ 2014-cü ilin mayın 5-də İstanbulda qeydiyyatdan keçirib. Ünvan ATAKENT MAH. 220. SOK. İSTANBUL SARAYLARI 12.BLOK D:5 HALKALI KÜÇÜKÇEKMECE – KÜÇÜKÇEKMECE / İSTANBUL / TÜRKİYE.

Şirkət tibbi avadanlıqların, kosmetik vasitələrin və tekstil məhsullarının istehsalı və satışı ilə məşğuldur.

Azərbaycanda da Qoşqar Təhməzlinin biznesi var. Bakı şəhəri Molla Cümə küçəsi 103b -də yerləşən Medeks Ltd 2006-cı ildən fəaliyyətdədir”.

"AzPolitika.info" onu da əlavə edir ki, Qoşqar Təhməzli Azərbaycanda da biznes fəaliyyətilə məşğul olub. 48 yaşlı Agentlik sədri 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri işləyib.

Sonradan biznes fəaliyyətinə başlayıb. 2004-2005-ci illərdə “Nəbz” Tibb mərkəzinin baş direktoru, 2008-2016- cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.

Yəni, obyektivlik naminə qeyd etmək lazımdır ki, Qoşqar Təhməzli qeyd olunan biznes obyektlərinə Agentlik rəhbəri vəzifəsinə keçməzdən əvvəl sahib olub. Xaricdə də həmin vaxtlardan fəaliyyət göstərib. Onun haqqında "Vikipediya"da verilən məlumatda bildirilib ki, müxtəlif tibbi layihələr həyata keçirən Q.Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərib: "2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı top-menecer” adına layiq görülüb".

Yazıdakı iddialarla bağlı Qoşqar Təhməzlinin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info 

 

635x100

Şərhlər

t.ədalət 2019-02-16 13:58:10

Pul "qazanmağın yolunu" yaxşı bilən Qoşqar müəllimin QTA da nələr edəcəyini Allah bilir.Xəzinənin qapısına,elə bil xridar qoyublar..

seymur 2019-02-16 13:58:10

Qoshkar ora nece dushub Prezidentin iqtisadiyet komekcisi Natiq muelim yaxshi biler oki qaldi niye indi fokusa dushub teze ozune qotururduyu korupsiya yuvasindan qelen aparat rehperi zekiyeden sorushsa yaxshi olar .Bu zekiyeni oqtay shireliyev ora yollayib Qoshkarin biraz uzaq qorenliyi olsa onu red eder yoxsa.Qoshqar az bir vaxta ordan qedecek ele biznesden meshqul olmaqa

turan 2019-02-16 13:58:10

əgər doğurdan da bu dövlət xalqın qida təhlükəısizliyini düşünürsə bu dağılmışda bir nəfər cavan xaricdə təhsil alan rüşvətə,korrupsiyaya bulaşmayan bir nəfər yoxdu bəyəm onu təyin edələr...hər yeni agentlik qılncını çəkib düşüb xalqın canına soymağa,çünki belə işləyiblər,rüşvətə öyrəşiblər..

cəngərlik sakini 2019-02-16 13:58:10

o biznes və o pullar qoşqarlıq deyil.onun qardaşlarınındır.qardaşları talayan məmurlardan olub. o öz "BİZNESİNİ" təzə yaradır.

Mehdi 2019-02-16 13:58:10

Bu adamin özu bu cemiyyet ucun,qida ucun tehlukedir.Hele bir getirib qida tehlukesizliyi adinda bir rusvet,korrubsiya yuvasina rehber qoyulub.Cox ecaib adamlar emele gelib indi.Bunlar hardan emele gelibler,hardan pirtlayib cixiblar bas acmaq olmur.Hamisida qilincini goturub xalqin ustune cummaq,xalqi disleyib yemek isteyirler.

Veteran 2019-02-16 13:58:10

Indi bizde camaat weher hamamina getmirdeeee, bu neynesin acindan olmelidir? Qanun qebul edilse insanlar weher hamamina geder bu da xalatlari oz camaatimiza satar. Hem hamamlar iwleyer hem de alver geder

A Agahüseynə 2019-02-16 13:58:10

Xahiş olunur ətə qarışma dəlimnin yadına daş salma deyərlər .Heç olmasa gözümüz görür nə maldır kim kəsir onu yığışdirsalar AT,EŞŞƏK ,İT əti yedirdəcəklər bizə.Bizimkiləri bilmirsən ?

İ.Mustafaoğlu 2019-02-16 13:58:10

Rəhbər vəzifələrə mühasiblər, iqtisadçılar təyin olunmalıdırlar.. Yoxsa maliyyə sahəsində ixtisası və təhsili heç olmayan şəxsləri böyük bir müəssisəyə baş mühasib təyin edirlər,nədi toplama və çıxmanı bilir.. Ona görədə müəssisələrdə vergidən yayınma və dövlət əmlakının talan olunması hökm sürür.. Belə hallar Rabitə Nazirliyinin rayondakı müəssisələrini, xüsusilə Nəqliyyat Departamentini qeyd etsək yerinə düşər..İxtsası olmayan adamları Baş mühasib təyin edirlər, məqsədləri dövlət əmlakını talan etmək....?

Sərvət Dagışov 2019-02-16 13:58:10

Sədrə iradlar ədalətli görünmür. Korrupsiya isə tanış əqrəba və iri biznesmenelərin vəzifəyə təyinatıdan qaynaqlanır. Qida təchizatındakı texnoloji çatışmazlıgı ciddi mühəndis tədbirləri düzləndirə bilər. Təbii ki, vəzifənin təsisatında ilk öncə bu işə lazım olan iri kapitalı nəzərə alıblar? CƏNAB Q.Təhməzli özünü təyin etməyib ki, özəl qazancının bu sahəyə xərcləsin?

AAgahuseyn 2019-02-16 13:58:10

Qida təhlükəsizliyi Ağentliyi öz işindən başqa həe işlə məşquldur.MƏS.Təndir cörəyini yüksək qaz təziqi ilə bişirirlər,onu və diğər cörəkləri isti-isti maqazalara necə ğəldi paylayırlar buda kartoşqa xəstəliyinin əmələ ğəlməsinə səbəb olur.belə xəstəliyə tutulmuş cörəyın 0.700-qramın ATA verəndə at ölür müalicəsə yoxdur.Baxin kücədə kəsilən ət məhsullarına nə qədər mikrob və maşın təkərindən cıxan təkər tozu qəbul edir bu BUTİLİZİM xəstəliyidir insan ölümü ilə nəticələnirCOX YAZMAQ OLAR NƏ FAYDA...VİLLA BAQ

Vətəndaş 2019-02-16 13:58:10

Bunlar da YAP üzvləridir.Əli Əhmədovun təriflədiyi YAP-çılardır.Bunlar niyə soyğunçu, talançı və ölkənin ,xalqın varını xaricə daşıyanlardan ibarətdir.Utanmırlar.Bunlar niyə nəzarət olunmur? Bu suala Əli Əhmədovun cavaşı ola bilərmi? Olsa əgər buna nə ad vermək olar? YAP-ın artıq fəaliyyəti necə mümkündür? Axı onun üzvlərinin vəzifə tutanları hamısı talançı,vəzifəsi lmayanlar isə yalançıdırlar. Yetər!

hellas 2019-02-16 13:58:10

Sitat: "Yazıdakı iddialarla bağlı, Qoşqar Təhməzlinin də mövqeyini işıqlandırmağa hazırıq" Cavab: (sitat) Abbasqu ağa özünə əziyyət verib geri qayıtma, biz düşündüyün qədər də ölü deyilik.! Cənabi Qoşqarlar özlərinə əziyyət verib Sizlərə cavab "açıqlamayacaqlar", çünki hakimiyyətdəkilərin hamısı yeyir (oğurlayır). yuxarıdakılar 450 tonluq "Belazlarla", lap aşağıdakılar balaca Muraveyniklərnən"!

İ.Mustafaoğlu 2019-02-16 13:58:10

Dövlət Əmlakının talan olunmasının qarşısını almaq üçün, birinci növbədə SSRİ dönəmində olan yoxlamalar və uçot sistemi bərpa olunmalıdır. Məmurların külli miqdarda var-dövlət sahibi olmaları dövlət əmlakının talan etmələri ilə əlaqədardır.Məmurlara geniş imkan yaratmalarının səbəbkarı birinci növbədə Maliyyə Nazirliyi günahkardır.. Maliyyə sahəsində, uzun müddət maliyyə sahəsində təçrübəsi olan cəlb edilməlidir,yoxsa sifariş əsasında qeyri-ciddi kadrın maliyyə sahəsinə rəhbər vəzifəyə təyin olunması d.ə.t

Moshu 2019-02-16 13:58:10

Qoşqar Təhməzlinin biznesi ilə işim yoxdur. Məşədi İbad qoçulardan soruşur, məgər gətirəndə baxmazlar bu arvaddı, ya kişi? Sözün açığı oxşar xarakterli yazıları oxuyanda adamın ürəyi bulanır. Kimlər belə subyektləri vəzifəyə təqdim edir? Biznesmendir, getsin biznesini idarə etsin. Əli pul görmüş insanlar vəzifəni gəlir gətirən obyekt kimi görür. Ondan nə isə tələb etmək absurd məsələdir. Anlaya bilmirəm Korrupsiyaya qarşı mübarizə idarəsi nə işlə məşğuldur, sifarişlə məsuliyyətə cəlb edir? Yazıqlar olsun

Sakit 2019-02-16 13:58:10

Bu nə özbaşnalıqdır?Bu ölkənin nə vaxt yiyəsi olacaq?

Son yazılar