Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 17-də Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun 50 yaşı tamam olur.

635x100

Şərhlər

Semed 2019-02-16 14:40:15

SIYAVUS NOVRUZOVU urekden tebrik eleyirem.En esasi odur ki o hez zaman eqidesini deyismeyib. Azerbaycan dovletine ve cenab PrezidentImize sadiq insandir.

Vətəndaş 2019-02-16 14:40:15

ZAHİDLƏRİN,SİYAVUŞLARIN VƏ BAŞQA BU TİPLİ İNSANLARIN DÖVRANIDIR İNDİ. SAVADLI, QABİLYƏTLİ, QEYRƏTLİ OĞULLARIMIZ HANSI Kİ DÜŞMƏNƏ SİNƏ GƏRİB VƏTƏNİ MÜDAFİƏ EDİBLƏR HƏRƏSİ BİR YOLLA MƏHV OLURLAR, ÖLÜR,ÜRƏYİ PARTLAYIR,VƏTƏNİNDƏN DİDƏRGİN DÜŞÜR,MADDİ ÇƏTİNLİKLƏRDƏN AİLƏLƏRİ DAĞILIR,TÜRMƏDƏ ÇÜRÜYÜR. RÜŞVƏTXOR,TALANÇILAR VƏ ÖVLADLARI KEF ÇƏKİR. VƏTƏN SEVGİSİ,TORPAQ UĞRUNDA DÖYÜŞMƏK YOX MİLYONLAR,MİLYARDLAR YIĞMAQLA TALAMAQLA MƏŞĞULDURLAR.

Zəlimxan Yaqubdan 2019-02-16 14:40:15

XIRDALAMA, İLAHİ, HƏMİŞƏ BÖYÜT BİZİ Bir-iki kəlmə dua, beş-altı kəlmə arzu, Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi. Sənə üz çevirən gün üzümüzə nur çilə, Səndən üz döndərən gün daş elə, keyit bizi. İnsanı Haqq yanında hər varlıqdan baş elə, Qızını doğma bacı, oğlunu qardaş elə. İnsanlığı unutsaq, bağrımızı daş elə, Qışın qarına döndər, buz kimi soyut bizi. Köksüzlər öz ömrünü bəxtəvər saya bilməz, Dağdan dayağı yoxsa, sellər çağlaya bilməz. Ruhda, qanda yoxdusa, Haqqa bağlaya bilməz Nə peyğəmbər, nə imam, nə qərib seyid bizi. Şah sevgilər yolunda qaya kimi çapılaq, Harda yıxılan olsa, dayaq olaq, tapılaq. Çörək olaq yeyilək, kündə olaq yapılaq, Dəyirmanı işə sal, dən kimi üyüt bizi. Nə millətə dərd, ələm, nə xalqa ah-zar verək, Ürəyi yanan kəsə dağımızdan qar verək. Düymələnək, açılaq, çiçək olaq, bar verək, Qoy nəsillər bilməsin barsız bir söyüt bizi. Gözlərimiz göydədi, əllərimiz Haqdadı, Haqqa tapınmayan kəs qara daşdı, taxtadı. Demə ki mən Allaham, bəndə çox uzaqdadı, Nə göylərdən arala, nə yerdən soyut bizi. Dünya başdan-ayağa insaf olsun, din olsun, Dünyada yaxşı nə var, artsın birə-min olsun. Verdiyin hər nemətə min dəfə şükür olsun, İlahi! Xırdalama, həmişə böyüt bizi!

YAP 2019-02-16 14:40:15

Xoşbəxt bir ölkənin gənc nəsliyik biz Sevinclə doludur kiçik qəlbimiz Partiya çıxarmış bizi ağ günə Bu sevimli günə, bu parlaq günə.

Doğum Günü 2019-02-16 14:40:15

Kutlu olsun doğum günün, kötülükler uzak olsun Mutlu ol ömrünce, üzülmeler sana yasak olsun Kalbin kırılmasında, üzerinde kir pasak olsun Sen üzülme sakın, üzülmelerim sana feda olsun İyiki doğdun, iyiki vermiş yaradan seni bizlere Yıldırım gibi çaktın, güneş gibi açtın üstümüze Söz oldun, mani oldun, saz oldun bestemize Kutlu olsun doğum günün,nice mutlu senelere

Ağsaqqal 2019-02-16 14:40:15

Bir müdrikdən soruşurlar: “İnsanın ən hansı hərəkəti sizi daha çox təəccübləndirir?” Müdrik bir-bir deməyə başladı:“Uşaq olmaqdan bezirlər və tez böyümək istəyirlər. Böyüyəndə isə uşaqlılarından ötrü darıxırlar. Pul qazanmaqdan ötrü sağlamlıqlarını itirirlər. Sonra da sağlamlıqlarını bərpa etmək üçün pul verirlər. Sabah haqqında düşünüb bu günü unudurlar. Buna görə də nə bu günü, nə də sabahı dolğun yaşamırlar. Heç ölməyəcəkmiş kimi yaşayırlar. Lakin heç yaşamamış kimi ölürlər. Bu sözlərdən sonra müdrikdən məsləhət almaq üçün soruşdular: Bəs sən nə məsləhət görürsən? Müdrik belə cavab verdi: Heç kimə özünüzü sevdirməyə çalışmayın. Etməli olduğunuz tək şey özünüz kimi olub seviləcəyinizi düşünməkdir. Qəhrəmanlıq həyatda ən çox şeyə malik olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır. Vacib olan nəyə baxdığınız deyil, ona hansı gözlə baxdığınızdır.

iСамое важное 2019-02-16 14:40:15

это навести порядок в душе. Соблюдаем три "не": - не жалуемся, - не обвиняем, - не оправдываемся.

Vətən oğlu 2019-02-16 14:40:15

Təbriklər. Böyük insanların əməlləri bütöv bir millətin həyatında əks olunur. Səhvləri də eləcə. Siyavuş müəllimə həmişəki kimi milli mənafe naminə fəaliyyətində uğurlar olsun.

Üveys 2019-02-16 14:40:15

Hele bu qeder gulmemisdim.

Müfəttiş 2019-02-16 14:40:15

Görün buna verilməməş daha nə qaldı....

ONDA BİR : 2019-02-16 14:40:15

HEÇ OLMASA KOTLET QONAQLIĞI... ÜSTÜNDƏN DƏ HƏRƏ BİR DƏNƏ KOKTEYL, PARTLAYAN YOX AAA, TORQOVIDA SATILAN İÇMƏLİ KOKTEYL...

Azərbaycanlı 2019-02-16 14:40:15

Ordeni cənab Prezidentimiz veribsə, deməli adam ona layiqdir. Cənab Prezidentimiz kimin kim olduğunu və kimin hansı xidməti göstərdiyini və hansı mükafata layiq olduğunu gözəl bilir. Alqışlayırıq.

Vətəndaş 2019-02-16 14:40:15

Təbrik ediruk. Uğurlar arzulayırıq.

Dostlar (veteranlar) 2019-02-16 14:40:15

Layiqli mükafat münasibətilə hörmətli Siyavuş Novruzovu təbrik edir, dəyər verdiyi üçün cənab Prezidentimizə təşəkkür edirik. Uğurların davamlı olsun, Siyavuş müəllim. Heydər Əliyev yolunda cənab İlham Əliyefin ətrafında sədaqətli fəaliyyətinizdə yeni-yeni nəaliyyətlər arzulayırıq. Eşq olsun AZƏRBAYCANIMIZA!

Bashirov 2019-02-16 14:40:15

məncə o ordene layiq olmaq belə asan olmamalıdır

Sus 2019-02-16 14:40:15

Yox bir "lənət" medalı da verin bu kolxoza....

Son yazılar