Nigeriyada prezident seçkisi təxirə salınıb

Nigeriyada prezident seçkisinin başlamasına bir neçə saat qalmış səsvermə fevralın 23-dək təxirə salınıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu bildirib.

O, açıqlamasında bildirib ki, fevralın 16-da Nigeriyada keçirilməsi planlaşdırılan Prezident seçkisi “loqistika və əməliyyat” problemləri səbəbindən fevralın 23-dək təxirə salınıb. Mahmud Yakubu martın 2-də keçiriləcək əyalət valiləri və məclis üzvləri seçkilərinin martın 9-dək təxirə salındığını qeyd edib.

“Bu, komissiya üçün çox çətin bir qərardır, ancaq seçkilərin uğurlu bir şəkildə keçirilməsi və demokratiyanın qorunması üçün bu addımı atmalı idik”, - deyə komissiya sədri vurğulayıb.

Prezidentliyə ən güclü namizəd olaraq, Tam Mütərrəqi Konqresindən hazırkı Prezident Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasından Atiku Əbubakar göstərilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar