Yaponiya Rusiya vətəndaşları üçün viza rejimini qismən ləğv edə bilər

Dərc olunub: 16/02/2019 - 15:28

b70d7fa3-133b-4810-97bf-3d4b4a748924Yaponiya ərazisində 90 gündən az qalan Rusiya vətəndaşları üçün viza rejimi ləğv edilə bilər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda rəsmi Tokio bu məsələni nəzərdən keçirir.

Əgər vizasız rejim reallaşsa, Rusiya vətəndaşlara Yaponiyaya getmək üçün, sadəcə, bu ölkənin konsulluğunun internet səhifəsində ümumvətəndaş pasportu ilə qeydiyyatdan keçməli olacaq.

Yaponiya hökuməti həmçinin Rusiya vətəndaşlarına müəyyən bir müddətə vizasız təkrar ölkəyə daxil olmağa icazə verməyi planlaşdırır. Məsələ Rusiya və Yaponiya xarici işlər nazirlərinin bu gün Münhendə (Almaniya) keçiriləcək görüşündə müzakirə ediləcək.

Qeyd edək ki, Rusiya və Yaponiya 2023-cü ilə qədər qarşılıqlı turist səfərlərinin illik sayını 400 min nəfər artırmaq istəyir.








loading...


Fikrinizi bildirin