Azərbaycan Premyer Liqasında XVII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

"Report" xəbər verir ki, həftənin ilk oyununda "Keşlə" ASK arenada "Sumqayıt"ı qəbul edib.

Rauf Cabbarovun idarə etdiyi matç "Keşlə"nin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 28-ci dəqiqədə "Keşlə"nin forvardı Amil Yunanov açıb. Qonaqlar görüşün 73-cü dəqiqəsində hesabı bərabərləşdirib. Əfran İsmayılov cinah asmasını başla qapıya göndərib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə Amil Yunanova qarşı cərimə meydançasında baş verən qayda pozuntusuna görə hakim penalti nöqtəsini göstərib. Topa yaxınlaşan Nikola Mitroviç hesabı 2:1 edib.

Bu nəticədən sonra xalını 15-ə çatdıran "Keşlə" 6-cı pilləyə yüksəlib. 15 xala malik "Sumqayıt" klubu isə 7-ci pilləyə enib.

Hesabat turu saat 17:30-da start götürəcək "Zirə" - "Neftçi" oyunu ilə davam edəcək. Bazar günü isə "Səbail" - "Sabah", Qarabağ" - "Qəbələ" görüşləri baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar