Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə ediblər və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblər, Türk Şurasının növbəti zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar