NATO hərbi komitəsinin sabiq başçısı ABŞ-ı xəyanətdə günahlandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə isinadla verdiyi xəbərə görə, NATO hərbi komitəsinin sabiq başçısı, Almaniya hərbi-hava qüvvələrinin (HHQ) istefada olan generalı Harald Kuyat «Bayerischer Rundfunk» nəşrinə verdiyi müsahibədə Amerika Birləşmiş Ştatlarını (ABŞ) orta və yaxın mənzilli raketlərin ləğvi (OAMRL) barədə Müqavilədən çıxdığına görə, tənqid atəşinə tutub.

Onun fikrincə, ABŞ-n bu addımı onu göstərir ki, Vaşinqton Avropadakı müttəfiqləri qarşısında öhdəliklərindən imtina edib.

«Bu, avropalı müttəfiqlərin təhlükəsizliyinə xəyanətdir» - deyə, Kuyat bəyan edib.

O, həm də bildirib ki, bu müqavilənin bitməsinin nəticələri bütün tərəflər üçün çox ağır olacaq.

Bundan başqa, Kuyat ümid etdiyini bildirib ki, Rusiya və ABŞ müqaviləni saxlaya biləcəklər. Bunun üçün tərəflər 2001-ci ildən dayndırılmış qarşılıqlı təftişləri bərpa etməlidirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar