Dubay mifi dağılır, qiymətlər düşür - Ekspert

Dubayda daşınmaz əmlak qiymətləri son 5 ildə ortalama 25%, bahalı lüks seqmentdə isə 50%-ə yaxın aşağı düşüb. “Bürc Xəlifə”də studia mənzillər 2014-cü ildə 1 milyon dollara satılırdısa, bu gün 550 min dollara satışa çıxarılıb, amma alıcı tapılmır.

Axar.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Dubay sahili ortalarında 300 süni ada yaradılması ilə başlayan "The World" adlı layihədə yalnız bir adanın üzərində tikinti aparılıb: “Palma şəklində yaradılan süni adalarlarda da tikinti işləri dayandırılıb. Dubayda tikinti bumu, "şəhər nağılı" başlayanda məsləhətçi ingilis şirkətləri mif yaratmağa, sonra da bu mifi yaxşı qiymətə satmağa başladılar. Şəhər yaşamaq üçün yararsızdır, ildə cəmi 2 ay normal insan orqanizminə uyğun hava şəraiti olur. Süni yaradılmış mifi gözəl PR gedişlərlərlə şişirdirdilər: "Viktoriya və Devid Bekhem Dubayda villa aldı" tipli xəbərlər tirajlanır, Bekhemə qonşu olmaq istəyən Şərq ölkələrinin elitalarını ora cəlb edirdilər. Məlum oldu ki, o villanı Bekhem ailəsinə bağışlamışdılar, məhz reklam üçün bu addımı atmışdılar, Devid müəllim və Viktoriya xanım o villaya 1 sent belə ödəməyib”.

Ekspert bildirib ki, bir neçə başqa məşhurlara da orada ev bağışlayıb PR qurmuşdular, bəziləri də buna aldanıb Dubaydan bir neçə villa birdən alırdı: “İndi mif dağılır, nağıl bitir, qiymətlər düşür və düşməkdə davam edəcək. Yararsız yerdə tikilmiş və 1 kvadratmetri cəmi 1000 dollara başa gələn mənzilləri nağıl uyduraraq m2-ni 25-30 min dollara satmaq dövrü arxada qaldı, kimlər tora düşüb Dubaydan daşınmaz əmlak alıbsa, ciddi uduzub, hələ yenə də uduzacaq. Dubay nağılı da beləcə sona yaxınlaşır, çünki dayanıqlı iqtisadi model, istehsal, yararlı yaşamaq şəraiti üzərinə deyil, ingilis PR və marketinq mütəxəssislərinin müvəqqəti əfsanələri üzərinə inşa edilmişdi”.

635x100

Şərhlər

EJDER 2019-02-16 19:35:03

HA HA HA,ALLAH BOYUKDUR...O NAQILA BIZIM ...INANIB,VILLALAR ALIBLAR.BRAVO,SAQ OLSUN CAVID MALLIMIN ANALOQU OLMAYAN SURRRRETTT QATARI...URRRAAA TOVARIWI.

Son yazılar