Rusiyada universitet binası uçub - 21 nəfər dağıntılar altında qalıb

Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə dağıntının sahəsi təqribən 150 kvadrat metrdir. Bindan 60 nəfərə yaxın şəxs təxliyə edilsə də, 21 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

FHN dağıntının təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyini hesab edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar