Bakıda 20 marşrut yolunu dəyişdi

Nəqliyyat Nazirliyi 20-dən artıq marşrut avtobusunun yolunu dəyişib.

Bununla bağlı Axar.az-ın müxbirinə marşrut sürücüləri özləri məlumat veriblər.

Sabahdan etibarən 20-dən çox marşrut müəyyən edilmiş yeni yollardan istifadə edəcək.

Qərarın avqustun 21-dən etibarən həyata keçirilməsinə baxmayaraq, Nəqliyyat Nazirliyi bununla bağlı hələlik heç bir xəbərdarlıq etməyib. Daimi marşrut xəttini dəyişən avtobusların hansı xətt üzrə hərəkət edəcəyi də bəlli deyil.

“Transgeyt” şirkətinin mətbuat xidməti məlumatı təsdiqlədi. Bildirildi ki, bəzi marşrutlarda hərəkət istiqaməti ilə bağlı dəyişikliklər edilib:

“Bir neçə marşrutun hərəkət istiqaməti dəyişib. Ancaq dəyişiklik çox cuzidir. Günün ikinci yarısından sonra bununla bağlı daha ətraflı məlumat verəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar