İraq Kürd Regional Rəhbərliyi İrana neft ixracını dayandırıb

İraq Kürd Regional Rəhbərliyi (İKRR) İrana neft ixracını dayandırıb.AZƏRTAC xəbər verir ki, bu barədə İKRR-in Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İKRR-dən İrana neft ixracı dayandırılıb. Nazirlik tərəfindən hazırlanan və İKRR ilə İran arasındakı 3 gömrük idarəsinə göndərilən qərara görə, əvvəllər sərhəddən xam neft və təbii qaz kondensatı ixrac edən şirkətlərə artıq icazə verilməyəcək.

Qərarın fevralın 15-dən qüvvədə olduğu, Hacı İmran, Pərvizxan və Başmax sərhəd-keçid məntəqələrində tətbiq edildiyi bildirilir.

Nazirlik qərarın nə vaxta kimi qüvvədə olacağı barədə məlumat yaymayıb.

Qeyd edək ki, İKRR-də gündəlik 420 min barrel neft istehsal edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar