«Rusiya raketlərinə hazırlaşın...» - NATO-nun Baş katibi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq Münhen təhlükəsizlik konfransındakı çıxışı zamanı bəyan edib ki, Şimali Atlantika alyansı yeni reallığın doğurduğu fəaliyyətlərə hazır olmalıdır. Belə ki, Rusiya əhəmiyyətli nüvə güclərini özünün Avropa ilə sərhədlərində yerləşdirir.

Baş katib qeyd edib ki, NATO nüvə başlığı daşıya bilən orta və yaxın mənzilli raketlərin ləğvi (OYMRL) barədəki Müqaviləni bərpa etmək üçün Rusiyaya 6 aylıq «pəncərə» saxlayır.

Bununla bərabər, Baş katib qeyd edib ki, Alyans artıq indi, bu müddətin baqa çatmasını gözləmədən, həmin müqaviənin fəaliyyətinin dayandırılmasına hazırlıq görməlidir.

«Biz, silahlanmadan qaçmaq istəsək də sadəlövh olmağı özümüzə rəva görə bilmərik... Biz, nüvə sazişi olmayan dünyaya və Avropada böyük miqdarda Rusiya raketlərinə hazırlıq görməliyik» - deyə, o, bildirib.

Baş katib Çinin hərbi gücünün artmasını da xüusi qeyd edib: «Çinin hərbi gücünn artması da bir çağırışdır».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar