Tramp Nobel mükafatına layiq olduğunu bəyan edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp özünün Novbel mükafatına layiq olduğunu, ancaq onu almağa ümidli olmadığını bəyan edib.

«O ki, qaldı mənə, güman ki, onu (Nobel sülh mükafatını - red.) heç vaxt ala bilməyəcəm, amma eybi yoxdur. Onlar mükafatı Obamaya verdilər, amma o özü də heç bilmədi ki, nəyə görə» - deyə, Tramp Ağ evdə jurnalistlərin suaalarına cavab verərkən bildirib.

Tramp öz xidmətləri sırasında Koreya Xalq Demokratik Respublikası (KXDR) və onun lideri Kim Çen Inla münasibətlərin qurulmasını, Rusmiyanın, İranın və Suriyanın İdlibdə keçirdiyi antiterror əmliyyatları nəticəsində dinc sakinlərin həlak olmasının qarşısının alınmasını sadalayıb.

Tramp bildirib ki, Yaponiyanın Baş naziri Sindzo Abe etiraf edib ki, Nobel sülh mükafatına onun nomizədliyiniı irəli sürüb.

«O, dedi ki, Yaponiyanın adından Sizin namizədliyinizi irəli sürürəm və xahiş edirəm ki, bu mükafatı Sizə versinlər» - deyə, Tramp bəyan edib.

Trampın sələfi, ABŞ-n 44-cü prezidenti Barak Obama 2009-cu ildə Nobel sülh mükafatna layiq görülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar