«Poroşenko dostumuzdur, amma Rusiya qazı ondan da qiymətlidir» - Merkel

«AzPoliika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın kansleri Angela Merkel hesab edir ki, Rusiyanın təcrid olunması yolverilməzdir. Bu barədə o, təhlükəsizlik konfransının panel diskusiyalarında bəyan edib.

Kansler qeyd edib ki, 2014-cü ildən sonra Rusiya ilə münasibətlər köklü şəkildə dəyişib. O, eyni zamanda bu ölkə ilə nəinki təkcə dialoqu, həm də «həmkarlığı» saxlamağı vacib hesab edir.

«Geostrateji Avropanın Rusiya ilə münasibətləri qırmaq haqqı yoxur» - deyə, Merkel qeyd edib.

Öz çıxışında və suallara cavab verərkən, Merkel bir neçə dəfə «Şimal axını»nın yeni qolunun tikintisini dəstəkləyib.

«Əlbəttə, mən, cənab Poroşenkonun tərəfindəyəm, ancaq «Şimal axını -2» ilə bağlı məsələlər də mənim üçün əhəmiyyəli olaraq qalır» - deyə, kasler izah edib.

«Rusiya qazı - Rusiya qazı olaraq qalır, Rusiya isə bizim həmkarımız olaraq qalır» - Merkel bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar