Cəlilabadda çay daşıb, həyətlər və qəbiristanlıq su altında qalıb

Dərc olunub: 17/02/2019 - 09:45

07053ae5-6915-455d-8fa4-d398cc10815eCəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub.

“Report”un Muğan bürosu xəbər verir ki, təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib.

Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb.

Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib.

Qeyd edək ki, əvvələr də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb.










loading...


Fikrinizi bildirin