ABŞ-da qarlı yolda 47 maşın toqquşub - VİDEO

Fevralın 15-də ABŞ-ın Missuri ştatının Ouk Qrouv şəhərində güclü qar yağması səbəbindən 47 minik və yük maşını bir-biri ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə ştatın polis idarəsi məlumat yayıb.

Məlumata görə, zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Qəzanın baş verdiyi yolda hərəkət birtərəfi qaydada bağlanıb, sürücülər alternativ istiqamətlərə yönləndirilib. Bir neçə saatdan sonra xilasedicilər yol kənarına aşmış maşınları götürdükdən sonra, hərəkət bərpa olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar