ABŞ-da 4 nəfər girov götürülən zaman ölüb

Amerikanın Missisipi ştatında dinc sakinlər girov götürülən zaman 4 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli polisə istinadən "Fox8 so" telekanalı məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə şənbə günü Klinton şəhərində baş verib. Naməlum şəxs yaşayış evində təqribən 12 nəfəri girov götürüb.

Evdə bir ailənin üzvləri olub, lakin onların dəqiq sayı hələ məlum deyil. Polis "əməliyyatın başa çatmasından əvvəl bir neçə saat ərzində" uşaqları azad edə bilib. Hadisə zamanı 4 nəfər öldürülüb. Polisdən xəsarət alan olmayıb. Şübhəli şəxs saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar