KXDR lideri Vyetnama fevralın 25-də səfər edəcək

KXDR lideri Kim Çen In Vyetnama fevralın 25-də – ABŞ prezidenti Donald Trampla sammitdən bir neçə gün öncə gedəcək.“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Tramp və Kim Çen Inın görüşü 27-28 fevral tarixlərinə təyin edilib. Eyni zamanda, Şimali Koreya liderinin Vyetnama rəsmi səfəri gözlənilir.

Daha əvvəl KXDR-in nümayəndə heyəti ABŞ və Şimali Koreya liderlərinin görüşünə hazırlıq görmək üçün Hanoy şəhərinə yollanıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar