Putin Makrona Ərdoğanla görüşü haqda danışdı

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Virtualaz.org bildirir ki, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.

Liderlər Suriya ilə bağlı son hadisələri müzakirə ediblər. Telefon danışığında Suriya və İdlibdəki son durum gündəmə gətirilib, eləcə də Putin fevralın 14-də Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Soçidə keçirilən üçtərəfli sammitdə əldə edilən anlaşmalarla bağlı həmkarına məlumat verib.

"Hər iki tərəf Suriyada Konstitusiya Komitəsinin qurulması üçün tez bir zamanda işlərin başladılması və Suriyada sülhün əldə edilməsi üçün təmasların davam etdirilməsi məsələsində həmfikirdir”, - Kremldən bildirilib.

Bundan əlavə, Rusiya prezidenti silahlıların kimyəvi maddələrin istifadəsi ilə təxribatlar hazırladıqlarını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar