Qəzəbli Lavrov Britaniyanın müdafiə nazirini “müharibə naziri” adlandırıb

Dərc olunub: 17/02/2019 - 14:17

sergey-lavrovRusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik üzrə Münhen konfransında Böyük Britaniyanın müdafiə naziri Harri Uilyamsonu “müharibə naziri” adlandırıb. “Reuters” xəbər verir ki, Rusiyanın baş diplomatı Qərbin Arktikadakı fəaliyyətini gücləndirmək niyyətlərindən narazılığını dilə gətirib.

“Biz bilmək istəyirik ki, NATO-nun Arktikadakı mandatı nədən ibarətdir. Əgər siz Böyük Britaniyanın “müharibə”, bağışlayın “müdafiə” naziri Harri Uilyamson kimi adamlara qulaq asırsınızsa, o zaman sizlərdə belə təsəvvür oyanmalıdır ki, NATO-dan savayı heç kimin hər hansı yerdə olmağa ixtiyarı yoxdur”, - deyə S. Lavrov qəzəblə bildirib.

Qeyd olunur ki, Sergey Lavrov bu çıxışını H.Uilyamsonun nitqindən bir gün sonra həyata keçirib. Həmin vaxt britaniyalı nazir Rusiyanı “Qərbi qızışdırmaqda”, habelə “quru və dənizdə qeyri-qanuni fəaliyyət göstərməkdə” ittiham etmişdi.

Lakin bu, Lavrovla Uilyamsonun ilk toqquşması deyil. 2018-ci il martın 15-də Böyük Britaniyanın müdafiə naziri, rəsmi Moksvanın diplomatların qovulmasına tədbir görülməsi ilə bağlı planlarına cavab olaraq, Rusiya barəsində “səsini kəsib, rədd olmalı” ifadəsini işlətmişdi. Lavrov isə onu öz növbəsində “təhsili çatmayan”, “savadsız” adlandırmışdı.








loading...


Fikrinizi bildirin